Politoloq: Paşinyan Qarabağ məsələsində Ermənistanın mövqeyinin qəbul edilmədiyini etiraf etdi | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Paşinyan Qarabağ məsələsində Ermənistanın mövqeyinin qəbul edilmədiyini etiraf etdi

12:52 - 28 / 12 / 2018
Politoloq: Paşinyan Qarabağ məsələsində Ermənistanın mövqeyinin qəbul edilmədiyini etiraf etdi

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Xarici İşlər Nazirliyinin əməkdaşları ilə ilin yekunlarına həsr olunmuş görüşdə beynəlxalq aləmin Dağlıq Qarabağla bağlı həqiqəti bilmədiyini açıqlayıb  və təbliğatın gücünü artırmağa çağırdı ki,  beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ barəsində həqiqəti, başqa sözlə, onun erməni variantını bilsin.

Əslində Dağlıq Qarabağ məsələsində Ermənistana qarşı indiki mövqe beynəlxalq aləmin Dağlıq Qarabağ mövzusunda düzgün məlumatlandırmanın nəticəsidir. 1980-ci illərdən, xüsusən SSRİ dağılan vaxtlardan bütün dünyaya səpələnmiş ermənilər öz imkanlarından istifadə edərək Dağlıq Qarabağ məsələsi ilə bağlı erməni versiyasını beynəlxalq aləmə sırıya bildilər.

Lakin sonradan Azərbaycan dövlətinin qurduğu təbliğat konsepsiyası beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi mövzusu ilə kifayət qədər məlumatlandırdı. Ən vacibi isə nüfuzlu aktorları Dağlıq Qarabağla bağlı həqiqətləri öyrənməyə sövq edə bildi. Adicə bir misal:  ABŞ-ın ATƏT MQ-də keçmiş həmsədri Metyu Brayza Rusiya arxivlərinə istinadən Yerevanın vaxtilə Azərbaycan şəhəri olduğunu bildirdi.

Prezident İ.Əliyevin Yerevan və indiki Ermənistanın digər ərazilərinin tarixən Azərbaycana məxsusluğu ilə bəyanatlarıni Ermənistan dəfələrlə beynəlxalq müzakirə obyektinə çevirməyə cəhdlər etsə də, nail ola bilməyib. Çünki indi  beynəlxalq ictimaiyyətin həqiqəti bilir.

Nikol Paşinyanın Ermənistan və  Dağlıq Qarabağla bağlı həqiqəti bilməsi və Ermənistanda bu həqiqətləri yayması çox yaxşı olardı.  Ekspertlərin əksərən Ekspertlər tərəfindən verilən  ilkin adı “kiçik Ermənistan” olan indiki Ermənistan bu regionda Çar Rusiyası tərəfindən yaradılıb. Dağlıq Qarabağa və Ermənistana İrandan və Osmanlı imperiyasından ermənilərin kütləvi köçməsi tamamilə sənədləşdirilmiş məsələdir. Qətlinin təşkilində ermənilərin iştirak etdiyi Rusiyanın İrandakı səfiri A.Qriboyedov bu işin əsas təşkilatçısı olub. O vaxtkı imperiyalar üçün  belə məsələlər adi şey idi.

Paşinyan həqiqəti nə qədər tez anlasa bir o qədər çox onun xalqı, dövləti üçün eləcə də özü üçün əhəmiyyətli ola bilər.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər