1news.az

2019-сu ildə boşanmaların sayı artıb - RƏQƏMLƏR

18 Fevral saat 15:59 ~ 1 dəqiqəlik oxu 312
2019-сu ildə boşanmaların sayı artıb - RƏQƏMLƏR

2019-cu ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 63869 nikah və 17148 boşanma halları qeydə alınıb.

Ədliyyə Nazirliyindən 1news.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə 2018-ci il ilə müqayisədə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Nikahlar əsasən əhalinin hər 1000 nəfərinə Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olmuş, boşanmalar isə əsasən Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net