Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
1news.az Modern.az-a istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nə direktor təyin edilib. "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb.
Qurumun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC daxildir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən modern.az-a məlumatı təsdiqləyiblər.
Anar Hüseynov daha əvvəllər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, artıq A.Hüseynovun yerinə təyinat da olub. Belə ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası onun müavini olmuş Vüqar Hüseynova həvalə olunub.
V. Hüseynov əvvəllər APA TV-də direktor vəzifəsində çalışıb.
Vüqar Hüseynov
1news.az