Tural Gəncəliyev Türkiyə səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Tural Gəncəliyev Türkiyə səfiri ilə görüşüb

10:14 - 08 / 01 / 2019
Tural Gəncəliyev Türkiyə səfiri ilə görüşüb

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın rəhbəri Tural Gəncəliyevlə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib.

1news.az-ın məlumatına görə, Tural Gəncəliyev Azərbaycanlı icmanın fəaliyyəti və üzləşdiyi problemlər haqqında Türkiyəli səfirə ətraflı məlumat verib. Görüş zamanı icmanın gələcək fəaliyyət istiqaməti və nəzərdə tutulan tədbirlər haqqında fikir mübadiləsi aparılıb. 

İcma rəhbəri Azərbaycan Respublikası hökumətinin məcburi köçkünlər, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı icmasının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. 

Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Dağlıq Qarabağın Azərbaycanlı icmasının dərhal öz doğma torpaqlarına geriyə qayıdışı, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın erməni icması ilə birgə yaşayışı və konstruktiv dialoq aparmaq əzmi bir daha vurğulanıb. 

Tural Gəncəliyev qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasi işğal altında olan Azərbaycan ərazilərində aparılan qanunsuz fəaliyyət barədə mütəmadi olaraq beynəlxalq təşkilatlara və dünya ictimayyətinə etiraz bəyanatları ünvanlayır. Bu istiqamətdə yerli və xarici media orqanları ilə əməkdaşlığa xüsusi önəm verilir. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Ankaranın prinsipial və ədalətli mövqeyinə görə türkiyəli səfirə minnətdarlıq bildirən icma rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının haqq səsinin beynəlxalq ictimaiyyətə  çatdırılmasında səfirliyin dəstəyinə ümid edir.

Tural Gəncəliyev həmçinin işğaldan əvvəl Şuşada keçirdiyi uşaqlıq illəri və xatirələri haqqında məlumat verib. 

Səfir Erkan Özoral görüşdən məmnun qaldığını, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” ilə əməkdaşlıq  məsələlərinə xüsusi önəm veriləcəyini bəyan edib.

1news.az

Paylaş:
456

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər