Azərbaycan boksunun əfsanələri “Krid-2” filminin qapalı nümayişində – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan boksunun əfsanələri “Krid-2” filminin qapalı nümayişində – FOTO – VİDEO

15:54 - 09 / 01 / 2019
Azərbaycan boksunun əfsanələri “Krid-2” filminin qapalı nümayişində – FOTO – VİDEO

Yanvarın 8-də “Park Cinema Park Bulvar” kinoteatrında əfsanəvi Rokki Balboa (Silvestr Stallone) və onun yetirməsi Adonis Krid (Maykl B. Cordan) haqqında rejissor Stiven Keyplin “Krid-2” filminin qapalı premyerası keçirildi.

1news.az-ın verdiyi xəbərə görə, bu gündən etibarən “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanacaq filmin süjetinin “Rokki-4” filminin süjeti ilə əlaqəsi var. Həmin filmdə Stallonenin personajı sovet boksçusu İvan Draqoya (Dolf Lundqren) qarşı döyüşürdü. Onların qarşıdurması artıq daha yüksək səviyyəyə çatıb. Belə ki, bir neçə il bundan öncə Kridin atasını rinqdə öldürən Draqo Balboanın yetirməsi olan Adonis Kridə qarşı öz yetirməsi və oğlu Viktoru çıxarır.

“Krid-2” filmində digər rollarda Filisiya Raşad, Andre Uord, Vud Harris, Briqqita Nilsen, Maylo Ventimilya, o cümlədən dünya boksunun əfsanələri – Evander Holifild, Roy Cons, Şuqar Rey Leonard da çəkilib.

“Park Cinema Park Bulvar”da keçirilmiş premyeraya Azərbaycan boksunun tanınmış simaları, ölkəmizin boks üzrə ilk dünya çempionu Ağası Məmmədov və Azərbaycanı peşəkar rinqdə uğurla təmsil edən Əli İsmayılov buyurub. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova və ölkənin aparıcı idman jurnalistləri də tədbirdə iştirak ediblər.

“Azərbaycan idmanının əfsanələrinin tədbirimizdə iştirakı bizim üçün çox önəmli idi. Dəvətimizi qəbul etdikləri üçün onlara minnətdarlığımızı bildiririk. Filmə gəlincə, bu film “must-watch” kateqoriyasına aiddir. Əminəm ki, tamaşaçılar ondan həzz alacaqlar” – deyə, “Park Cinema”nın piar meneceri Rüstəm Fətəliyev bildirib.

Qeyd edək ki, “Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.

“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

S.Xankişiyeva

 

Paylaş:
1067

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər