Alimentin miqdarı artırıldı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Alimentin miqdarı artırıldı

13:25 - 09 / 01 / 2019
Alimentin miqdarı artırıldı

Bu il sabit pul məbləğində alimentin miqdarı 6 manat artırılıb.

Hüquqşunas Tağı Hüseynov köhnə aliment məbləğinin yalnız məhkəməyə müraciət etməklə artırılacağını bildirib:

“Bu ildən sabit pul məbləğində alimentin miqdarı 160 manat olduğundan köhnə aliment məbləğini yalnız məhkəməyə müraciət etməklə artırmaq olar”.

 “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, məbləğlər aşağıdakı kimi müəyyən edilib:

Yaşayış minimumu ölkə üzrə – 180 manat,

Əmək qabiliyyətli əhali üçün – 191 manat,

Pensiyaçılar üçün -149 manat,

Uşaqlar üçün -160 manat,

Ehtiyac meyarı – 143 manat.

Əlilliyi olan şəxslərə verilən pensiyalar:

1-ci qrup – 74 manat,

2-ci qrup – 61 manat,

3-cu qrup – 52 manat”.

Qafqazinfo

S.Xankişiyeva

 

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər