Mübariz Əhmədoğlu: Ermənistandakı seçki əhalinin Dağlıq Qarabağ məsələsinə antireytinqini üzə çıxardı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistandakı seçki əhalinin Dağlıq Qarabağ məsələsinə antireytinqini üzə çıxardı

13:31 - 11 / 01 / 2019
Mübariz Əhmədoğlu: Ermənistandakı seçki əhalinin Dağlıq Qarabağ məsələsinə antireytinqini üzə çıxardı

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirərək keçən il dünyada baş verən mühüm hadisələrə münasibət bildirib.

Politoloqun dünyada və regionda baş verən mühüm hadisələrlə bağlı tezis şəklində səsləndirdiyi fikirləri təqdim edirik:

Məxməri inqilab Ermənistan dövlətçiliyinin sıradan çıxmasında mühüm mərhələ oldu.

2018-ci ildə Ermənistanda baş verənlər SSRİ-nin dağılması nəticəsində yaranmış Ermənistan respublikasının apardığı siyasətin məntiqi nəticəsi idi. Məxməri inqilab Ermənistan dövlətçiliyinin sıradan çıxmasında mühüm mərhələ yaratdı.

-- Məxməri inqilab. İnqilabın lideri N.Paşinyanın özünü zorla Baş nazir seçdirməsi.

-- Növbədənkənar parlament seçkiləri. səsverməyə əhalinin yarıdan azı gəlmişdi. Paşinyanın “Mənim addımım” bloku mütləq qələbə qazandı. Seçkilərin monitorinqi Paşinyan hakimiyyəti üçün də siyasiləşdi. Rusiyameylli qüvvələr parlamentə salınmadı. Seçki əhalinin Dağlıq Qarabağ məsələsinə antireytinqini üzə çıxardı.

--  Ermənistan yeni prezidenti Armen Sərkisyan və onun hədsiz aktivliyi.

-- RF-lə münasibətlər qeyri-stabil və əksərən problemli olub. Məxməri inqilab nəticəsində hakimiyyəti ələ keçirmiş N.Paşinyanın RF istiqamətində siyasəti polyar qütblüdür: Bəzi müşahidələrə görə N.Paşinyan Rusiyanın qabağında Ermənistanın heç bir maraqlarını müdafiə edə bilmir, ölkəni tamamilə V.Putinin sərəncamına verib. Həyati maraqlar səviyyəsində də N.Paşinyan V.Putinə  ağlagəlməz güzəştə gedib. Bəzən Paşinyan hətta kiçik məsələdə RF-ə müharibə elan edib:

1. Rusiya hərbi bazasının və sərhəd qoşunlarının Ermənistanı tərk etməsi mövzusu aktuallaşdı.

2. Rusiyaya verilmiş strateji obyekt və infrastrukturlar milliləşdirilməsi, Rusiya telekanallarının Ermənistana translyasiyasının kəsilməsi tələbi gündəliyə gətirildi. Rus dili daha da sıxışdırıldı.

III. “Yüksək gərginlik elektrik xəttləri” RF-dən alındı. RF-in “Qazprom-Armeniya” və “Cənubi Qafqaz Dəmir Yolları” kompaniyalarına qarşı istintaq işi başlandı.

1. Ermənistan hökuməti Rusiya ilə Ermənistanın birgə müəssisəsi olan “Metsamorenerqoatom” kompaniyasının ləğvi barədə qərar qəbul etdi.

2. Ermənistandan Rusiyaya ixrac olunan məhsulların geri qaytarılması və məhv edilməsi halları artıb, siyasi mesaj vasitəsinə çevrilib.

3. KTMT-nın Baş katibi Y.Xaçaturovun həbsi bu qurumun imicinə zərbə formasında reallaşdırıldı.

VII. “Türkmənçay müqaviləsinədək bu regionda Ermənistan adlı dövlət olmayıb”-tezisi dövriyyəyə buraxıldı.

VIII. RF ABŞ-ın Ermənistandakı bioloji laboratoriyalarını onun nəzarətindən çıxardı.

1. Ermənistanın Rusiyanın Suriya kampaniyasında iştirakına razılıq verdi.

2. “Rusatom-Servis” (RF) Ermənistan AES-nin 2-ci blokunda yeni turbogeneratoru işə saldı.

3. Ermənistana satdığı qazın qiymətini 165 dollara qaldırdı.

XII. Rusiyapərəst qüvvənin təmsil olunmadığı parlament formalaşdırıldı.

XIII. “Lazarev klubu”nun təsis olunması.

- Əsasız yoxlamalar, həbslər və azadolunmalar.

- İkinci prezident R.Köçəryanın  həbsi, ABŞ və RF-in reaksiyaları.

- “Maliyyə sektorunda olan Ermənistan” qrupu Londonda Ermənistana investisiya cəlb etmək məqsədilə konfrans keçirdi.

- Kapital axını yenidən artdı.

- Kənd təsərrüfatı sahəsində analoqu olmayan geriləmə var.

- Ermənistan-İran dəmir yolunun tikintisinə investisiya tapmaq üçün Ermənistan hökumətinin müqavilə bağladığı, Dubayda qeydiyyatdan keçmiş “Rasia FZE” şirkəti Beynəlxalq İqtisadi Məhkəmədə (ICSID) Ermənistana qarşı 150 milyon dollarlıq iddia qaldırdı.

ABŞ-ın mövqeyindəki sərtləşmə fonunda Rusiya dünya miqyasında gücünü artıra bilib.

ABŞ-ın mövqeyindəki sərtləşmə fonunda Rusiya dünya miqyasında gücünü artıra bilib. RF yeni geosiyasi resurs yaratmağa başladı. Afrikada, Latın Amerikasında, Asiyanın cənub –şərqində mövqeyinin güclənməsi ABŞ-ı narahat edən səviyyədədir. Rusiyanın Venesuelaya “Tu-160”qırıcı təyyarələri göndərməsinə ABŞ kəskin reaksiya verdi. RF və ABŞ prezidentlərinin görüşü ətrafında məcaralar yaranıb.

Bəzi proseslər:

- RF Suriyada “S-300” ZRK-nın yerləşdirdi.Rusiyadan kapital axını sürətlənib.

- Orta və Uzaq mənzilli raketlərin ləğvi haqqında müqavilənin fəaliyyətini dayandırdı.

- Rusiya Silahlı Qüvvələrinin bütün dünya ordularından güclü olduğunu bəyan etdi.

- Suriyadan ABŞ-ın qoşunlarını çıxarması Suriyanın ərazi bütövlüyü və dövlət suverenliyini möhkəmləndirmək istiqamətində yeni vəziyyət yaradıb.

- ABŞ “Şimal axını-2” (RF) layihəsinə mövqeyini daha da sərtləşdirib, iştirakçı dövlətlərə təzyiqlər edir. Ən çox hədəfə götürdüyü dövlət Almaniyadır.

- Kuril adalarının Yaponiyaya verilməsi mövzusu aktuallaşıb.

- TAP qaz kəmərinin Rusiya qazı ilə doldurulması məsələsi regionun ən böyük geosiyasi oyunu ola bilər. TAP Azərbaycanın layihəsidir, amma qazı çatmaya bilər. Azərbaycan qazı Avropa üçün legitimdir. Rusiya qazı Avropa üçün legitim deyil.

- Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Ştab rəisi ilə NATO Silahlı Qüvvələrinin Baş Komandanı arasında görüş keçirildi.

RF  MDB məkanında  taktiki siyasətini dəyişdi. RF prezidenti V.Putin Baş nazirin birinci müavini, maliyyə naziri Anton Siluanovu RF-in MDB işləri üzrə koordinatoru təyin etdi.  RF MDB dövlətləri ilə iqtisadi əlaqələrin prioritetliyinə nail olmaqla özünün iqtisadi problemlərinin həllinə yeni resurs yaratmış olur. Qərbin sanksiyası Rusiya iqtisadiyyatını ağır vəziyyətə salıb. Ölkənin daxilindəki vəziyyət təkcə əhalidə deyil, hətta Putinin komandasında narazılıq yaradıb: bəzi qubernatorlar seçkilərdə uduzur, bəziləri könüllü surətdə istefa verirlər.

- Xəzərin hüquqi statusuna dair konvensiya imzalandı. Bu, SSRİ-nin dağılmasının başa çatması kimi qiymətləndirildi. Qərb ekspertlərinin fikrincə isə konvensiya Rusiyanın hərbi qələbəsini təmin etdi.XİN Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İ.Bratçikov Xəzərin dibi ilə boru kəmərinin çəkilməsi ilə bağlı Xəzərin hüquqi konvensiyasının imzalanmasından əvvəlki fikirləri təkrarladı: Beş dövlətdən hər birisi razılıq verməlidir, guya Xəzərlə bağlı ekoloji konvensiya bunu tələb edir.

RF “KTMT-nin tərəfdaşları” anlayışını təklif etdi.

1news.az

Paylaş:
489

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər