İran və Hizbullahın hücumu: İsrailin şimalında neft zavodundan dumanlar qalxdı
İsrail hava müdafiəsi İran raketlərini dəf edib.
1news.az xəbər verir ki, İsrail ordusu İran tərəfindən atılan raketlərin aşkarlanması ilə bağlı açıqlama yayıb. Hava müdafiə sistemləri raketlərin qarşısını almaq üçün işə salınıb.
Məlumata görə, İsrailin cənubunda, Dimona şəhəri və Necef Çölü bölgəsində həyəcan siqnalları səsləndirilib. İsrailin təcili yardım xidməti Qırmızı Davut Ulduzu insident nəticəsində zərər və xəsarət barədə məlumat almadığını bildirib.
İran və Hizbullahın cavab hücumundan sonra İsrailin şimalında, Hayfa şəhərində yerləşən neft emalı zavodundan dumanlar qalxır.
81












