Qızılın qiyməti 4600 dollara yaxınlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qızılın qiyməti 4600 dollara yaxınlaşıb

14:10 - Bu gün
Qızılın qiyməti 4600 dollara yaxınlaşıb

Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4600 dollara yaxınlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, beynəlxalq birjalarda qiymətli və sənaye metalları üzrə qiymətlərdə artım qeydə alınıb.

COMEX birjasında qızılın iyun fyuçerslərinin qiyməti 1,04% və ya 46,9 ABŞ dolları artaraq 4 571,2 ABŞ dollarına (unsiya üzrə) yüksəlib. Spot bazarda isə qızılın qiyməti 0,86% və ya 38,49 ABŞ dolları artaraq 4 532,6 ABŞ dolları təşkil edib.

Gümüşün may fyuçersləri 1,47% və ya 1,02 ABŞ dolları artaraq 70,82 ABŞ dollarına, misin may fyuçerslərinin qiyməti 0,48% və ya 2,65 ABŞ dolları artaraq 552,1 ABŞ dollarına çatıb. Platinin spot qiyməti isə 2,91% və ya 55,7 ABŞ dolları artaraq 1 923,5 ABŞ dollarına yüksəlib.

Analitiklərə görə, qiymətli metallarda artım əsasən dolların zəifləməsi, Yaxın Şərqdə artan geosiyasi risklər fonunda təhlükəsiz aktivlərə tələbin yüksəlməsi və inflyasiya gözləntilərinin güclənməsi ilə bağlıdır.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər