Nərimanovda avtomobillərdən oğurluq olub - Saxlanılan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanovda avtomobillərdən oğurluq olub - Saxlanılan var

13:56 - Bu gün
Nərimanovda avtomobillərdən oğurluq olub - Saxlanılan var

Nərimanov rayonunda “Changan” markalı avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitəsindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Qabil Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun paytaxt ərazisində daha 2 avtomobildən ümumilikdə 580 manat, qol saatı və boyunbağı oğurladığı da müəyyən olunub.

Qeyd edək ki, Q.Kərimovun etdiyi əməllər təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər