Novruz Məmmədovdan tələbələri sevindirəcək qərar | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədovdan tələbələri sevindirəcək qərar

10:05 - 16 / 01 / 2019
Novruz Məmmədovdan tələbələri sevindirəcək qərar

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

1news.az-ın verdiyi xəbərə görə, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Kənd Təsərrüfatı Nazirliyi üzrə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə Azərbaycan İlahiyyat İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.

S.Xankişiyeva

 

Paylaş:
366

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər