Politoloq: Davtyanın dövlət sərhədinin birgə patrul olunması təklifi Paşinyana dəstək məqsədlidir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Davtyanın dövlət sərhədinin birgə patrul olunması təklifi Paşinyana dəstək məqsədlidir

10:20 - 16 / 01 / 2019
Politoloq: Davtyanın dövlət sərhədinin birgə patrul olunması təklifi Paşinyana dəstək məqsədlidir

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi A.Davtyan Ermənistan-Azərbaycan dövlət sərhədinin hər iki ölkənin sərhədçiləri tərəfindən birgə patrul olunması təklifini verdi. Bu ideyanın gündəliyə gəlməsi Rusiya mediasına məxsusdur.

Rusiyanın Ermənistandakı media resurslarının Dağlıq Qarabağ məsələsinə Ermənistanın rəsmi mövqeyindən fərqli yanaşması göz qabağındadır. Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi A.Davtyanın təklifinə ideya kimi 2 prizmadan yanaşmaq olar:

ı. Artak Davtyanın bu ideyası Dağlıq Qarabağ tənzimlənməsi prizmasından ortalığa qoyulan ən radikal ideyalardan biridir. Ermənistanın bəzi media resursları Dağlıq Qarabağ məsələsində Ermənistanın ən kəskin ziyanına olan ideya, fikir və tezislərin Ermənistan üçün faydasını “əsaslandıra” bilirlər. A.Davtyanın sərhədin birgə qorunması mövzusuna həmin media resurslar da susdu.

ıı. Ola bilər, A.Davtyan bu ideyanın mahiyyətini bilərəkdən ortalığa qoyub. A.Davtyan Dağlıq Qarabağ mövzusunda Baş nazir N.Paşinyana təzyiqlər olduğunu bilir. Bu təzyiqləri Baş nazir N.Paşinyan etiraf edib.

A.Davtyan Ermənistan cəmiyyətində bu ideyanı gündəliyə gətirməklə Baş nazirinə kömək etmək istəyir.

A.Davtyanın  dövlət sərhədinin birgə patrul olunması ideyası praktiki baxımdan Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllinə və Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələrə şərait yarada bilər:

ı.Praktiki baxımdan ilk növbədə işğal altında olan İran-Azərbaycan sərhədinin işğaldan azad olunması deməkdir. Araz İqtisadi Zonası işə düşə bilər. Bu isə İran-Azərbaycan-Ermənistan-Türkiyə iqtisadi əməkdaşlığının başlanması deməkdir. Bu artıq Ermənistan üçün kifayət qədər ciddi, hava və su kimi vacib olan bir məsələdir.

ıı. Bu ideya Ermənistan–Azərbaycan sərhədinin “Laçın koridoru” adlandırılan hissəsinin də dəqiq konturlarının müəyyənləşdirməsinə yol açır. “Laçın koridoru”nun konturları hal-hazırda Ermənistanla Azərbaycan arasında ən kəskin müzakirə mövzularından biridir.

Belə olan halda A.Davtyanın ortalığa qoyduğu ideyaya N.Paşinyana dəstək kimi yanaşmaq daha düzgündür.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru,

 

 

Paylaş:
370

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər