Mnatsakanyan həmsədrlərlə görüşüb

Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
1news.az xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Xatırladaq ki, yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Bu gün isə Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçiriləcək.
Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
P.Sultanova