İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb | 1news.az | Xəbərlər
Siyasət

İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

10:16 - 18 / 01 / 2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb.

Bu barədə Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post” AG) arasında razılaşma əldə edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyindən bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək. Eyni zamanda, bu markalar başqa maraqlı tərəflərə göndəriləcək.

Həmçinin 20 Yanvar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması istiqamətində səfirlik tərəfindən müxtəlif tədbirlər keçiriləcək.

S.Xankişiyeva

 

Paylaş:
501

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər