“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb

10:28 - 22 / 01 / 2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb

“WhatsApp” messenceri mesaj göndərmə funksiyasını məhdudlaşdırıb.

1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bunu kompaniyanın vitse-prezidenti Viktoriya Qrant deyib.

 “Bu gündən etibarən bütün dünyada istifadəçilər məlumatı yalnız beş ünvana yönləndirə bilər”, - deyə o bildirib.

Messencer nümayəndəsinin sözlərinə görə, bu, saxta informasiyaların yayılması ilə mübarizə aparmağa imkan verəcək. Əvvəlcə bu funksiya eksperiment qismində yalnız Hindistanda istifadə olunurdu. Belə ki, son iki ildə həmin ölkədə 40-dan çox insan barəsində saxta informasiya yayıldığı üçün qətlə yetirilmişdi.

Xatırladaq ki, əvvəllər “WhatsApp” messenceri ilə mesajı 20 ünvana yönləndirmək mümkün idi.

S.Xankişiyeva

 

Paylaş:
609

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər