Çavuşoğlu: Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla münasibətlər mümkün deyil | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla münasibətlər mümkün deyil

11:21 - 22 / 01 / 2019
Çavuşoğlu: Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla münasibətlər mümkün deyil

Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyinə təhlükə yaradır.

1news.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada beynəlxalq düşərgənin açılışında tələbələrlə görüş zamanı deyib.

"Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil. Ermənistanla münasibətlərin qurulması da bizim üçün mümkün ola bilməz. Biz 2019-cu ildə biz bu məsələ ilə daha yaxından məşğul olacağıq”, - deyə Çavuşoğlu vurğulayıb.

XİN rəhbəri əlavə edib ki, dünyadakı erməni lobbisi Türkiyəyə qarşı fəal şəkildə iş aparmaqda davam edir.

P.Sultanova

Paylaş:
519

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər