İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub

14:11 - 23 / 01 / 2019
İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə “VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

S.Xankişiyeva

 

Paylaş:
440

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər