“Xalq Bank” 2018-ci ilin yekunlarını açıqladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Xalq Bank” 2018-ci ilin yekunlarını açıqladı

09:30 - 24 / 01 / 2019
“Xalq Bank” 2018-ci ilin yekunlarını açıqladı

“Xalq Bank” ASC-nin 2018-ci ildə fəaliyyətinin nəticələrinə əsasən bankın əsas maliyyə göstəriciləri stabil olaraq artmaqda davam edir.

Bank 2018-ci ilin sonuna aktivlərinin həcmini 2017-ci ilin sonu ilə müqayisədə 194.5 mln. manat və yaxud 10,73% artıraraq 2.008 mlrd. manata çatdırıb və bu göstəriciyə görə ölkənin 4 aparıcı bankı arasında qərarlaşıb.

2018-ci ilin əvvəli ilə müqayisədə bankın kapitalı 22.6 mln manat (8,71%) artaraq 282.48 mln manat təşkil edib. Ötən ilin yekunlarına görə “Xalq Bank” kredit portfelinin həcmi baxımından Azərbaycanın üç ən böyük özəl banklarından biridir. Cari ilin yanvar ayının 1-nə olan məlumata görə, bankın kredit portfeli 1.383 mlrd. manat təşkil edib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 70.38 mln manat (5,36%) çoxdur.

Banka müştərilərin dərin inam və etibarının göstəricisi olan depozit portfeli 2018-ci il ərzində 7,56% artaraq 1.259 mlrd. manata çatıb.

Bank 2018-ci ili 27.744 mln manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin əvvəlinə olan xalis mənfəətin həcmi ilə müqayisədə 57,6% artım deməkdir.

Ötən il bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin, bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi və nağdsız əməliyyatların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılıb. Aktiv plastik kartların sayının 2018-ci ildə 21,9% artması bu sahənin inkişafının bariz göstəricisidir. Ümumilikdə il ərzində bankın xidmət və məhsullarından faydalanan müştərilərin sayında isə il ərzində 14,84% artım müşahidə olunub.

2018-ci ildə Moody’s Investors Service Beynəlxalq Reytinq Agentliyi “Xalq Bank”ın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləyərək reytinq üzrə proqnozu “Neqativ”-dən “Pozitiv”-dək yüksəldib. Agentlik bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) caa1, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B2(cr)/Not Prime səviyyəsində təsdiq edib.

Ötən il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirib. Bank plastik kartlarının ümumi əməliyyat dövriyyəsində nail olduğu ən sürətli artım tempinə görə Visa International, World MasterCard Black Edition kartının sayında əldə etdiyi artıma görə MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən sertifikatla təltif edilib.

2018-ci ildə bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində geniş ictimaiyyətə “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi və görkəmli qrafik Ələkbər Rzaquliyevin bədii albomu təqdim edilib. Bank, korporativ sosial məsuliyyət sahəsində fəaliyyətinə görə Azərbaycan Banklar Asossiasiyasının mükafatını qazanıb.

2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə “Xalq Bank” ölkənin bank sektorunda öz aparıcı mövqeyini bir daha təsdiqləyib. “Xalq Bank” 2018-ci il ərzində əməkdaşlığa görə bütün müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir və bu uğurların loyal müştəriləri və tərəfdaşların, peşəkar personalın, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsi olduğuna əmindir.

Reklam hüququnda

 

Paylaş:
1161

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər