“Peşə təhsilinin inkişafı üçün biznes dəstəyi” layihəsinin açılışı baş tutub – FOTO – VİDEO
Yanvarın 24-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyində Azərbaycan şirkəti Hazar Industry və Almaniyanın MKN şirkətinin dəstəyi ilə “Peşə təhsilinin inkişafı üçün biznes dəstəyi” layihəsinin açılışı baş tutub.
Sözügedən tədbirin əsas məqsədi istehsal prosesində innovasiyaların tətbiqi, müasir iş şəraitinin yaradılması və müvafiq profil üzrə tələbələrin peşə hazırlığının təkmilləşdirilməsidir.
Həmin tədbirin gedişatında dünyanın qabaqcıl şirkətlərindən biri olan və peşəkar mətbəx istilik avadanlığının istehsalı ilə məşğul olan alman şirkəti MKN (Maschinenfabrik Kurt Neubauer), yuxarıda adı çəkilən layihənin təşəbbüskarı, peşəkar təmizlik və gigiyena məhsullarının istehsalı və satışı ilə məşğul olan Hazar Industry Azerbaycan (SR Chemicals) şirkəti və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyi arasında tədris məqsədlərində istifadəsi və gələcəkdə peşəkar mətbəx avadanlığı və istehsalat mətbəxində gigiyenanın təmin edilməsi mövzusunda təqdimatların, seminarların və metodiki dərslərin keçirilməsi üçün MKN şirkətinin peşəkar sənaye avadanlığının verilməsinə dair memorandum imzalanıb.
Rəsmi açılış SR group Co şirkətinin PR meneceri Nurlana Musayevanın çıxışı ilə başlayıb. Açılışda Azərbaycan Respublikası Gənclər Fondunun, İqtisad Nazirliyinin, Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Turizm Agentliyinin nümayəndələri və bir çox məşhur qonaqlar iştirak edirdi. Təqdimat zamanı MKN şirkətinin Regional vitse-prezidenti Edmond Finkenauer, Hazar Industry Azerbaycan (SR Chemikals) şirkətinin direktoru Samir Qurbanov, Azərbaycanda Enactus proqramının direktoru Kəmalə Məmmədli, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyinin direktoru Fikrət Nəbiyev, Gənclər Fondunun, Prezident Administrasiyasının və Təhsil Nazirliyinin nümayəndələri çıxış etdilər.
Rəsmi hissədən sonra qonaqlar və tələbələr üçün MKN şirkətinin brend-şefi Pavel Dzyublo tərəfindən master-klass keçirilib, bununla yanaşı isə 5, 12 və 18 saylı məktəblər arasında milli yeməklərin hazırlanması üzrə müsabiqə təşkil olunub. Beynəlxalq mükafatlarla təltif edilmiş və Beynəlxalq Aşpazlar Assosiasiyalarının üzvü olan tanınmış usta-aşpaz, restorator İlkin Hənifə Əkbərzadə, Anar Qasımov, Tahir Manafov, Rizvan Borçalı tədbirdə qonaq və münsiflər heyətinin üzvü qismində çıxış edirdilər.
Hazar Industry Azerbaycan (SR Chemikals) şirkətinin direktoru Samir Qurbanovun sözlərinə görə, fərdi sahibkarlığın əsas vəzifələrindən biri gənclərin potensialının müxtəlif fəaliyyət sahələrində inkişafını dəstəkləmək və təşviq etməkdən ibarətdir.
“Bu layihənin məqsədi hələ tələbə ikən avadanlığı sınaqdan keçirmək və peşəkar vərdişlərini təkmilləşdirmək imkanı verilən gəncləri müasir innovativ avadanlıqla tanış etməkdir. Bununla yanaşı, gələcək aşpazlar iş prosesində icbari qaydada tətbiq ediləcək gigiyena və təmizlik standartları və keyfiyyətli gigiyena və təmizlik vasitələri haqqında öyrənəcəklər. Və biz, Hazar Industry Azerbaycan (SR Chemikals) şirkəti olaraq, Azərbaycan gənclərini istənilən fəaliyyət sahəsində dəstəkləməyə hər zaman hazırıq”.
Reklam hüququnda