Azər Badamov AP-nin ikili standartları barədə: Azərbaycanın inkişaf etmiş ölkələrlə bir cərgədə olmasını həzm edə bilmirlər | 1news.az | Xəbərlər
Siyasət

Azər Badamov AP-nin ikili standartları barədə: Azərbaycanın inkişaf etmiş ölkələrlə bir cərgədə olmasını həzm edə bilmirlər

15:26 - 28 / 01 / 2019
Azər Badamov AP-nin ikili standartları barədə: Azərbaycanın inkişaf etmiş ölkələrlə bir cərgədə olmasını həzm edə bilmirlər

Təəssüf ki, Avropa Parlamenti (AP) ölkələrə qarşı yanaşmada ikili standartlarla çıxış edir.

Bunu 1news.az-a açıqlamasında millət vəkili Azər Badamov Ermənistanda 40 gündən çoxdur aclıq aksiyası keçirən jurnalist Mqer Yeqizaryanın həbsdə vəfat etməsinə münasibət bildirərkən deyib. O xatırladıb ki, bunu AP-nin bloqqer Mehman Hüseynov məsələsinə yanaşmasında, “təcili” olaraq qəbul etdikləri qətnamə ilə bir daha gördük:

“Ermənistanda 40 gündən çoxdur aclıq aksiyası keçirən jurnalist, partiya lideri Mqer Yeqizaryan həbsdə vəfat edib. Amma buna qarşı həm AP, həm digər beynəlxalq təşkilatlar, müstəqil insan haqları qurumları susurlar.

Həmin təşkilatların ikili yanaşması özünün Fransada cərəyan edən hadisələrdə də göstərdi. Avropa qurumları, AP Fransada aksiyaçılara qarşı törədilən zorakılıqlara susdu, heç bir bəyanat vermədi.

Bütün bunlar onu göstərir ki, bizim dünyada mövcud olan yerimizi və nüfuzumuzu, Avropanın inkişaf etmiş ölkələri ilə bir cərgədə dayanmağımızı həzm edə bilməyən qruplar var. Həmin qruplar istənilən fürsətdən yararlanaraq qərəzli mövqelərini ortaya qoyurlar.

Əgər Avropa Parlamenti reallıqdan çıxış etsə, hər bir ölkəyə qarşı ədalətli mövqedə dayansa, onda bu qurumun nüfuzu da arta bilər”.

1news.az

Paylaş:
447

Son xəbərlər

“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edibBu gün, 10:25Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıbBu gün, 10:11Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:03BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - FOTOBu gün, 09:58“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib - FOTO - VİDEOBu gün, 09:47Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10
Bütün xəbərlər