ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirəcək

12:34 - 28 / 01 / 2019
ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirəcək

ATƏT sabah Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinqini keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 29-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.

Babək Cahandarov

Paylaş:
327

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər