Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib | 1news.az | Xəbərlər
Siyasət

Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

09:19 - 29 / 01 / 2019
Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Dövlət Turizm Agentliyinin sədri.

Kollegiyanın üzvləri:

Dövlət Turizm Agentliyinin sədrinin müavini;

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru;

Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri;

Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru;

Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini.

S.Xankişiyeva

 

Paylaş:
312

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər