Əliyev-Paşinyan görüşü Davos Forumunun 33 mühüm hadisəsindən biridir | 1news.az | Xəbərlər
Siyasət

Əliyev-Paşinyan görüşü Davos Forumunun 33 mühüm hadisəsindən biridir

09:56 - 29 / 01 / 2019
Əliyev-Paşinyan görüşü Davos  Forumunun 33 mühüm hadisəsindən biridir

Davos İqtisadi Forumu çərçivəsində keçirilmiş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş nazir Nikol Paşinyanın görüşü forumun 33 əsas hadisələrindən biri adlandırılıb.

1news.az xəbər verir ki, bu barədə Forumun saytında məlumat yerləşdirilib.

Davos Forumunun təşkilatçıları builki tədbir zamanı bütün dünya üçün önəmli olan və təsir gücünə malik 33 əsas hadisə seçib.

"Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları irəli aparmaq üçün Dünya İqtisadi Forumunda mühüm görüş keçirdilər”, deyə məlumatda bildirilir.

P.Sultanova

 

 

Paylaş:
613

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər