Sədaqət Vəliyeva: Şəhid ailələri ilə görüş, imzalanmış Fərman böyük diqqət və qayğının növbəti təcəssümüdür | 1news.az | Xəbərlər
Siyasət

Sədaqət Vəliyeva: Şəhid ailələri ilə görüş, imzalanmış Fərman böyük diqqət və qayğının növbəti təcəssümüdür

12:20 - 29 / 01 / 2019
Sədaqət Vəliyeva: Şəhid ailələri ilə görüş, imzalanmış Fərman böyük diqqət və qayğının növbəti təcəssümüdür

Azərbaycan Prezidentinin şəhid ailələri ilə görüşməsi, onları dinləməsi, eləcə də daha 3 minə qədər şəhid ailəsinin birdəfəlik müavinətlə təmin olunması haqqında Fərman imzalaması dövlətimizin başçısının bu məsələyə nə qədər həssas yanaşdığını nümayiş etdirir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dövlətimizin başçısının növbəti humanist təşəbbüsü olan bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Yeni Fərmanla şəhid vərəsələrinə ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır: “Prezident İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan Fərman və görüş ictimaiyyətimiz tərəfindən də çox yüksək dəyərləndirilir”.

Deputat diqqətə çatdırıb ki, şəhid ailələri ilə Prezident Sarayında keçirilən görüş anti-Azərbaycan dairələrinə də böyük siyasi mesaj oldu: “Ötən ilin aprel ayında Prezident İlham Əliyevin imzaladığı Fərmanın əhəmiyyətinə kölgə salmağa çalışan anti-Azərbaycan qüvvələri şəhid ailələrinin məlumatsızlığından və həssaslığından istifadə edərək siyasi dividendlər qazanmağa, ölkəmizin imicinə ləkə vurmağa çalışırdılar. Bu prosesdə erməni lobbisi ilə yanaşı, radikal müxalifət və Avropadakı “sapı özümüzdən olan baltalar” xüsusi canfəşanlıq edirdilər.

Lakin hər zaman olduğu kimi, bu dəfə də xalqımız, xüsusilə də şəhid ailələri təxribatlara uymadı, dövlətinin və Prezident İlham Əliyevin yanında olduğunu nümayiş etdirdi. Elə Prezident Sarayında çıxış edən şəhid ailələri birmənalı şəkildə dağıdıcı ünsürlərin çağırışlarına “Yox!” dedilər və Prezident İlham Əliyevlə daim birgə olduqlarını isbatladılar”.

S.Xankişiyeva

 

Paylaş:
1291

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər