Vahid Əhmədov: Məmurlar Prezidentdən və birinci xanımdan nümunə götürməlidirlər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vahid Əhmədov: Məmurlar Prezidentdən və birinci xanımdan nümunə götürməlidirlər

13:30 - 30 / 01 / 2019
Vahid Əhmədov: Məmurlar Prezidentdən və birinci xanımdan nümunə götürməlidirlər

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə indiyədək qəbul edilən və həyata keçirilmiş Dövlət proqramları mühüm əhəmiyyətə malikdirlər.

Bunu 1news.az-a Pezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yekunlarına həsr edilmiş konfrans barədə danışan iqtisadçı millət vəkili Vahid Əhmədov deyib.

O xatırladıb ki, bu proqramlar 2004-cü ildən həyata keçirlməyə başlayıb və yeni qəbul edilmiş proqram sayca dördüncüdür:

“2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən üç proqramın ardınca, 2019-2023-cü illəri əhatə edəcək yenisi qəbul edildi.

Növbəti 4 illik proqramda əsas məqsəd regionların iqtisadi inkişafına nail olmaqdır. Bundan əvvəlki üç proqramda əsas məqsəd ilk növbədə regionlarda infrastruktur layihələrinin yaradılması olub. Yəni, regionların elektrik enerjisi, qaz, su təminatı, avtomobil yollarının salınması və s. Başqa sözlə, bu, strukturların fəaliyyətini təmin etmək ki, regionlara investisiya yatırmaq üçün problem yaranmasın.

Ötən müddət ərzində bunlar əsasən yerinə yetirilib. İndi 4-cü proqramda əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanın regionlarında infrastruktur yaradıldığı üçün ora investisiya yatırılsın, sənaye müəssisələri, kənd təsərrüfatının və digər sahələrin inkişafı üçün  daha çox canlanma olsun. Yəni, ixrac yönümlü məhsulların istehsalına şərait yaradılsın”.

Millət vəkili deyib ki, yeni proqrama əsasən, 4 il müddətində bölgələrə 17 milyard manata yaxın vəsait qoyulacaq ki, bununda təxminən 4,6 milyard manatı özəl şirkətlər tərəfindən həyata keçiriləcək:

“Bu məbləğ gələcəkdə artırıla da bilər.  Yəni, proqramın əhəmiyyəti olduqca böyükdür. Çünki keçən 14 il, 2004-2018-ci illər ərzində bu proqramlar vasitəsilə çox böyük işlər həyata keçirilib. İndi əsas vəzifə faktiki olaraq rayon icra hakimiyyətlərinin üzərinə düşür. Artıq onlar bölgələrə investisiya cəlb edib, yeni iş yerlərinin açılmasına çalışmalıdırlar.

Cənab Prezident konfransda qeyd etdi ki, kənd təsərrüfatında taxılla əlaqədar 51 aqropark yaradılıb və orda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Ancaq hektardan orta məhsuldarlıq təxminən 29-30 sentnerdir. Dövlət başçısı bunu yaxşı göstərici adlandırdı və vurğuladı ki, dünya üzrə hektardan orta məhsuldarlıq 34 sentnerdir, Azərbaycanda 30, Avropa İttifaqında 53 sentnerdir. Bizdə iri fermer təsərrüfatlarında 50 sentnerdir. Biz iri fermer təsərrüfatları üzrə göstəricidə Avropa İttifaqının səviyyəsinə çatmışıq”.

V.Əhmədov xatırladıb ki, 2004- 2008-ci il üzrə Dövlət proqramının yekunları müzakirə ediləndə Prezident hökumətin qarşısında iki məsələ qoymuşdu: ərzaq təhlükəsizliyi və qeyri-neft sektorunun inkişafı:

“İndi qeyri-neft sektoru müəyyən qədər inkişaf edib. Düzdür, bizi tam qane etməsə də, ixracyönümlü məhsullar çox olmasa da, ancaq inkişaf var. Ərzaq təhükəsizliyi ilə bağlı da kənd təsərrüfatına diqqət çoxalıb. Kənd təsərrüfatında ixrac yönümü məhsulların səviyyəsi artır. Azərbaycanda, məsələn, ixracda ilk dəfə olaraq neçə ildir ki, müsbət saldo yaranıb. Yəni, ixrac idxalı üstələyib. Bütün bunlar hamısı mövcuddur, ona görə də belə proqramın qəbulu çox vacibdir”.

Millət vəkili deyib ki, dövlət başçısı Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər əsas vəzifənin xalqa xidmət etmək olduğunu öz çıxışında bir daha vurğuladı, şəffaflığın təmini ilə bağlı mühüm mesajlar verdi:

“Cənab Prezident hər zaman bunu deyir, məmur əhali ilə münasibətini dəyişməlidir. Burda onlar üçün nümunə elə cənab Prezidentin özü və birinci vitse-prezident Mehriban Əliyevadır, onların apardığı siyasətdir. Bu yaxınlarda şəhid ailəri ilə görüşdə İlham Əliyevin şəhidlərimizin ailə üzvlərinə münasibəti, onlara dərin hörmət və ehtiramı çox duyğusal məqamlar idi. Məmurlar da bundan nümunə götürməlidirlər. Məmurun vəzifəsi nədir? Məmurun vəzifəsi Prezidentin təyin etdiyi şəxs olaraq əhaliyə xidmət etməkdir. Çox təəssüflər olsun ki, bəzi məmurlar bunu dərk etmirlər və problemlər yaradırlar.

Həmçinin, Prezident şəffaflığın təmin edilməsini xüsusi vurğuladı. Qeyd etdi ki, Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır. Yerli icra orqanlarının vərtəndaşlarla rəftarı tamamilə dəyişməlidir”.  

V.Əhmədov əlavə edib ki, dövlət başçısının konfransda toxunduğu digər bir mühüm məqam struktur islahatlarının iş yerlərinin ixtisarına gətirib çıxarmaması ilə bağlı idi.

“Struktur islahatları çox ciddi məsələdir və buna artıq ehtiyac var idi. Bizdə bir-birini təkrar edən artıq strukturlar həddən artıq çoxdur. Hökumətin tərkibində elə struktur var ki, onlara ehtiyac yoxdur. İndi islahatlar başlanılıb və davam etdirilir. Nəhayət, elə bir çevik struktur, model qurmaq lazımdır ki,  normal işləsin, ciddi problem olmasın. Biz hökumətdən daha çox Prezidentin bu məsələlərə diqqət yetirdiyini görürük. Çox çevik idarəetməyə ehtiyac var”.

V.Əhmədov deyib ki, struktur islahatları zamanı işlə təminat birinci vitse-prezident Mehriban Əliyevanın da xüsusi diqqətindədir.

“Bu yaxınlarda Mehriban xanımın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verməsi də bunun bir nümunəsidir. İslahatının aparıldığı heç bir dövlər strukturunda kimsə işsiz qalmamalıdır. Qurum rəhbərliyi bu barədə ciddi düşünməli, hökumət qarşıında məsələ qaldırmalı, özəl sektorla əlaqə yaratmalıdır.

Bizim üçün bu gün ən ciddi məsələlərdən biri əhalinin sosial müdafiəsi məsələsidir. Prezident və birinci vitse-prezident bu məsələləri hər zaman diqqətdə saxlayırlar”.  

P.Sultanova

Paylaş:
635

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər