Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırılıb

18:26 - 30 / 01 / 2019
Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırılıb

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilsin.

2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040; 2010, № 9, maddə 771; 2011, № 12, maddə 1139; 2013, № 8, maddə 896; 2016, № 1, maddə 64; 2018, № 5, maddə 936) 1-ci hissəsində “242 (iki yüz qırx iki)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
609

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər