“Konstitusiya” Araşdırmalar Fondu erməni jurnalistin ölümü ilə bağlı bəyanat yaydı | 1news.az | Xəbərlər
Siyasət

“Konstitusiya” Araşdırmalar Fondu erməni jurnalistin ölümü ilə bağlı bəyanat yaydı

14:57 - 31 / 01 / 2019
“Konstitusiya” Araşdırmalar Fondu erməni jurnalistin ölümü ilə bağlı bəyanat yaydı

“Konstitusiya”  Araşdırmalar Fondu Ermənistanda həbsxanada jurnalist, siyasi xadim Mqer Yeqiazaryanın  ölməsi ilə bağlı bəyanat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, bəyanatda deyilir:

“26 yanvar 2019-ci il tarixdə  Ermənistanın paytaxtı Yerevanda yerləşən “Nubaraşen”  çəzaçəkmə müəssisəsində  ölən  Ermənistan qartalları - Vahid Ermənistan Partiyasının sədr müavini, Haynews.am xəbər saytının əməkdaşı  Mqer Yeqiazaryan 44 gün davam edən aclıq aksiyasından sonra vəfat edib.  Siaysi xadim, ictimai fəal və jurnalist M.Yeqiazaryan siyasi motivlərlə həbs olunmasına etiraz edərək  04 dekabr 2018-ci il tarixdən aclıq aksiyası keçirirdi. 

Çox təəssüf ki, Ermənistan hakimiyyəti və müvafiq dövlət orqanları, hüquq-müdafiə təsisatları aclıq aksiyası keçirən M.Yeqizaryana münasibətdə beynəlxalq sənədlər və  norma ilə müəyyənləşən addımları atmayıblar və hüquqlarının pozulması ilə bağlı şikayətləri, müraciətlərinə məhəl qoymayıblar. Eyni zamanda beynəlxalq təşkilatların, xüsusən Avropa Birliyi və Avropa Parlamenti bu məsələyə laqeyd qalıb. Avropa Parlamenti susub  və 44 gün aclıq aksiyası keçirən Mqer Yeqiazaryan ölməməsi üçün vəziyyətə uyğun adekvat addımlar atmayıb. Avropa Parlamenti bu halda  ikili standartdan çıxış edib”.

Bəyanatda bildirilir ki, Azərbaycanda aclıq aksiyası keçirməyə təşəbbüs edən  bloqqer M.Hüseynovla bağlı  göstərilən fəallıq, kampaniyaların təşkili, açıqlama və bəyanatlar, qətnamələrin qəbulu M.Yeqiazaryana münasibətdə müşahidə olunmur. Ermənistana qarşı bu cür tolerant münasibət ən azı təəccüb doğurur:

“Azərbaycanla bağlı ən kiçik  məsələlərə və müraciətlərə dərhal reaksiya verən, qətnamələr, bəyanatlar qəbul edən, dinləmələr keçirən Avropa Parlamenti Ermənistana münasibətdə bu cür yanaşması bizi xristian həmrəyliyi amilinin önə çıxmasını düşünməyə vadar edir. Avropa Parlamentinin Ermənistana bu cür münasibəti məhz qərəz, qrup maraqlarının insan hüquq və azadlıqlarının qorunması missiyasından önə çıxdığını söyləməyə əsas verir.  İkili standartlar yanaşmasını, bir daha gündəliyə gətirir, Ermənistan üçün neqativ presedentlərin sayını artırır.

Yaxın keçmişdə Ermənistan parlamentində terror aktının baş verməsi, mitinq iştirakçılarının güllələnməsi hadisələrinə vaxtında müvafiq münasibət göstərilsəydi, bu cür presedentlər yaranmazdı. Azərbaycan vətəndaş cəmiyyəti jurnalist və ictimai fəal M.Yeqiazaryanın  ölümünün araşdırılması, Ermənsitan hakimiyyəti və müvafiq dövlət orqanlarının məsuliyyəti məsələsinin gündəliyə gətirilməsinə çağırır. Azərbaycan  vətəndaş cəmiyyəti hesab edir ki,  yalnız bu halda beynəlxalq təşkilatlar obyektiv, iki standartlardan uzaq  yanaşma ortaya qoyduqlarını nümyiş etdirərlər”.

1news.az

 

Paylaş:
564

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər