Mehriban Əliyeva yeni inşa olunmuş uşaq bağçasının açılışında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva yeni inşa olunmuş uşaq bağçasının açılışında iştirak edib - FOTO

15:59 - 01 / 02 / 2019
 Mehriban Əliyeva yeni inşa olunmuş uşaq bağçasının açılışında iştirak edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 1-də Daxili İşlər Nazirliyinin Bakı şəhərinin Xətai rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının açılışında iştirak edib.

1news.az xəbər verir ki, Birinci vitse-prezident uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Daxili işlər naziri Ramil Usubov məktəbəqədər təhsil ocağında yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, 6 saylı uşaq bağçasının inşasına 2017-ci ilin dekabrında başlanılıb. Əsasən əlahiddə çevik polis alayında çalışanların övladları üçün nəzərdə tutulan məktəbəqədər təhsil müəssisəsində 4-ü Azərbaycandilli, 3-ü isə rusdilli bölmə olmaqla 7 qrup fəaliyyət göstərəcək. Burada balacalara ingilis dili də öyrədiləcək. Uşaq bağçasında bir yaş yarımdan beş yaşadək 140 uşağın təlim-tərbiyəsi ilə 46 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq. Şahmat, rəsm dərnəklərinin də fəaliyyət göstərəcəyi ikimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Bir sözlə, uşaq bağçasının əsas binasının planlaşdırma quruluşu uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmununa uyğun həll olunub.

Binada təhlükəsizlik məsələləri də ən yüksək səviyyədə həll edilib. Belə ki, videomüşahidə, yanğınxəbərverici, həmçinin qeydiyyata giriş-çıxış sistemləri quraşdırılıb. Uşaq bağçasında akt və idman zalları, geniş yeməkxana da tikilib. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək.

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Ölkəmizdə məktəbəqədər tərbiyə müəssisələri yenidən qurulur, müasir uşaq müəssisələrinin inşası davam edir. Bu gün uşaq bağçalarında yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi böyüməsində əhəmiyyətli rol oynayır.

Altı saylı uşaq bağçasının yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib, işıqlandırılma işləri yerinə yetirilib. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı quraşdırılıb. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli imkanlar yaradılıb.

Yeni inşa edilən bağça ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin işinə uğurlar arzuladı.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdi.

1news.az

 

Paylaş:
677

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər