Azərbaycanın və Nigeriyanın Hərbi Hava qüvvələri arasında əməkdaşlıq imkanları müzakirə olunub – FOTO

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Nigeriya Federativ Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sadiq Baba Abubakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə Azərbaycanın və Nigeriyanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Nigeriyanın nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazasında da olub.
Qonaqlara aviabazanın fəaliyyəti barədə ətraflı məlumat verilib.
S.Xankişiyeva
668