Elmar Məmmədyarov Ukrayna səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonu qəbul edib.
Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər. Bu xüsusda səfir A.Mişenkonun səyləri yüksək qiymətləndirilib.
Səfir Aleksandr Mişenko diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusi qeyd edib və təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov səfir Aleksandr Mişenkoya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
1news.az
415