İlham Əliyev El-Salvadorun yeni Prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev El-Salvadorun yeni Prezidentini təbrik edib

17:33 - 11 / 02 / 2019
 İlham Əliyev El-Salvadorun yeni Prezidentini təbrik edib

Prezident İlham Əliyev El-Salvador Respublikasının yeni seçilmiş Prezidenti Nayib Bukeleyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Bukele, El-Salvador Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

1news.az

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər