Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün kredit şərtlərini asanlaşdırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün kredit şərtlərini asanlaşdırıb

14:50 - 12 / 02 / 2019
Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün kredit şərtlərini asanlaşdırıb

Real sektorun inkişafını davamlı şəkildə dəstəkləyən Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 500 milyon manatadək kredit və zəmanətlər verib.

Proses bu il də davam etdiriləcək. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi bankın kredit siyasətində önəmli yer tutacaq. Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə biznes kreditlərinin şərtlərini daha da asanlaşdırıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqi şəxsləri və fərdi sahibkarları “Dəstək olaq, işinizi böyüdün!” devizi ilə bankla fəal əməkdaşlığa dəvət edən Azərbaycan Beynəlxalq Bankının biznes krediti şərtləri indi belədir:  

- Maksimal məbləğ: 5 000 000 AZN

- Faiz dərəcəsi: illik 6%-dən başlayaraq

- Müddət: 84 ayadək

Sahibkarlar kredit üçün bankın bütün filiallarına müraciət edə bilərlər. Biznes kreditini bankdan onlayn qaydada da sifariş etmək mümkündür. Müraciət göndərildikdən sonra bank əməkdaşı müştəri ilə əlaqə saxlayır. Onlayn kredit sifarişi üçün link: https://www.ibar.az/az/internet-banking/corporate-internetbank/biznes-krediti-onlayn-sifari-et/

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Azərbaycan Beynəlxalq Bankı olaraq ötən il kiçik və orta sahibkarlıq subyektləri ilə fəal tərəfdaşlığa başladıq. Yaratdığımız imkanlar sahibkarlarda böyük maraq doğurdu, biznes kreditləri üçün banka müraciətlər intensivləşdi. Sahibkarların istəklərini nəzərə alaraq  onlar üçün yaratdığımız imkanları daha da genişləndiririk. Real, əsaslandırılmış biznes ideyaları olan hər kəs bu imkanlardan istifadə edərək öz biznesini inkişaf etdirə biləcək. Sahibkarlarımızı bu sərfəli imkanlardan faydalanmağa çağırırıq”.

Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə təqdim etdiyi çeşidli məhsullar barədə daha ətraflı: https://www.ibar.az/az/corporate/loans/short-term-lending/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

Paylaş:
577

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər