Huawei Mate 20 Pro-dan çox mürəkkəb təhlükəsizlik tədbirləri – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Huawei Mate 20 Pro-dan çox mürəkkəb təhlükəsizlik tədbirləri – FOTO

15:00 - 12 / 02 / 2019
Huawei Mate 20 Pro-dan çox mürəkkəb təhlükəsizlik tədbirləri – FOTO

Huawei şirkəti özünün yeni flaqman modelində mürəkkəb təhlükəsizlik sistemləri quraşdırıb.

Belə ki, şirkət tərəfindən 3D Üz Tanıma həlli “Huawei Mate 20 Pro”ya əlavə edilib. Min proyeksiyalı infraqırmızı nöqtələrlə istifadəçinin üzünü xəritələndirən bu həll vasitəsi ilə telefon tam informasiya əsasında istifadəçinin üzünü dəqiqliklə oxuya bilir.

Digər rəqib telefonlarla müqayisədə, 3D Üz Tanıma ilə telefonu açmaq funksiyasının infraqırmızı spektrdə, görüntü sahəsində, istifadə rahatlığında və üz tanıma sürətində üstünlükləri vardır. Xəta həddi milyonda birdən aşağı olmaqla istifadəçini 600ms ərzində tanıyır.

Telefonu açmaq və ödəniş funksionallıqlarından əlavə, istifadəçinin məxfiliyini daha yaxşı qorumaq üçün də üz tanıma texnologiyasından istifadə edilə bilər. Yeni təhlükəsizlik funksionallığı "PrivateSpace", "App Lock", "File Safe" və "PrivateScreen"-i dəstəkləyir. İstifadəçilər telefonun sağ ekranını özləri üçün şəxsi ekran edə ("PrivateScreen"), öz şəxsi proqramlarını həmin ekranda gizlədə bilər. Yalnız biometrik məlumatları uyğun gələn istifadəçilər həmin ekranı aça bilər.

Təkmilləşdirilmiş ekrandaxili barmaq izi sensoru

Huawei şirkəti barmaq izi sensorunu tətbiq edən ilk smartfon istehsalçılarından biri olub. Həmçinin barmaq izi sensorlarını Android ekosisteminə gətirən ilk istehsalçıdır. Hazırda çoxsaylı istifadəçinin barmaq izi sensorlarına vərdiş etdiyini nəzərə alsaq, "Huawei"in bu sensoru öz cihazlarına birbaşa inteqrasiya etmək istəyi sadəcə təbiidir.

Huawei daha məqsədəuyğun sürət və uğurlu iş əmsalını əldə etmək üçün özünün ekrandaxili barmaq izi sensoru dizaynını təkmilləşdirib. Bu telefon sensor üzərində barmaq hərəkətini aşkarladığı zaman ekrana xəbərdarlıq çıxarır. Təsdiq prosesi yerinə yetirildikdən sonra arxa fonda diqqəti yayındırmayan bir xəbərdarlıq avtomatik surətdə itir.

Mikrosxem səviyyəsində təhlükəsizlik funksionallığı vasitəsi ilə məlumatlar sürətlə bərpa edilir

Bildiyimiz kimi, telefonunu itirmək xüsusilə də işgüzar insanlar üçün çətinlik yarada bilər. Telefonun itməsi onlar üçün adətən ikinci problemə çevrilir - ən vacib məsələ isə telefonda olan məlumatlardır. Huawei Mate 20 ilə istifadəçilər öz məlumatlarını üç üsulla arxivləşdirə bilər: "Huawei Cloud" vasitəsi ilə; kabel vasitəsi ilə lokal saxlayıcıda, yaxud simsiz bağlantı ilə lokal saxlayıcıda. Bu telefonlarda həmçinin 64GB, 128GB və 256GB yaddaş kartlarına uyğun olan Nano SD bölməsi də vardır.

Digər təhlükəsizlik funksionallığı olan "Password Keychain" isə istifadəçilərə imkan verir ki, mikrosxem sistemində şifrələnmiş inSE mikrosxemindəki parol parametrlərini təhlükəsiz şəkildə saxlasın. Bu parametrlər üz tanıma funksiyasiyası vasitəsi ilə istifadəçi tərəfindən məlumatların avtomatik doldurulması üçün istifadə edilə bilər.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Reklam hüququnda

Paylaş:
466

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər