Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb

Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni hərbçi ölüb.
1news.az xəbər verir ki, hospitala yerləşdirilən 2000-ci il təvəllüdlü Frunzik Tamazyanı həkimlər xilas edə bilməyib. İlkin diaqnoza əsasən, əsgər qaraciyər çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son vaxtlarda Ermənistan ordusunda ölüm halları artıb. Dünən daha bir hərbçi güllələnərək həlak olub.
P.S
229