Səfir: Azərbaycanla-Qətər arasında mühüm sazişlər imzalanacaq | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycanla-Qətər arasında mühüm sazişlər imzalanacaq

12:50 - 18 / 02 / 2019
Səfir: Azərbaycanla-Qətər arasında mühüm sazişlər imzalanacaq

Bu həftə Qətər -Azərbaycan hökümətlərarası komissiyanın ikinci iclasında iştirak etmək üçün azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyəti bu ölkəyə səfər edəcək.

1news.az xəbər verir ki,  bu barədə “The Peninsula” nəşrinə müsahibəsində Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov  deyib.

O bildirib ki,  fevralın 20-də baş tutacaq iqtisadi, ticarət və texniki məsələlər üzrə komissiyanın iclasında ikitərəfli iqtisadi, strateji və siyasi əlaqələri gücləndirəcək bir çox mühüm sazişlər imzalanacaq.

Səfir bildirib ki, Azərbaycanla Qətər Dövləti 1994-cü ildə diplomatik münasibətlər qurublar və 2019-cu ildə iki ölkə arasında diplomatik münasibətlərin 25-ci ildönümünü qeyd edəcəklər.

"Hər iki dövlət demək olar ki, bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün çox vacib addımlar atıblar. Dövlət başçıları bir neçə dəfə qarşılıqlı rəsmi səfərlər ediblər. İki ölkə arasında iqtisadiyyatın və ticarətin təşviq edilməsi üçün hökumətlərarası iqtisadi komissiya yaradılıb", deyə R.İsmayılov əlavə edib.

Səfir deyib: “Biz Qətərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk. Beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində hələ də Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsini tələb edən qətnamələrin qəbulu  zamanı Qətər Azərbaycanın mövqeyini dəstəkləyib".

Diplomat ikitərəfli ticarət münasibətlərinə də toxunub: "İki ölkə arasında yüksək səviyyəli siyasi əməkdaşlıqdan fərqli olaraq, ticarət dövriyyəsinin həcmi böyük deyil. Son iki ildə Azərbaycanla Qətər arasındakı ticarət dövriyyəsi ticari əlaqələri genişləndirmək üçün daha çox imkanlar mövcud olmasına baxmayaraq, 8 milyon dollar təşkil edib".

Onun sözlərinə görə, hazırda Azərbaycan Qətərə əsasən ərzaq və kənd təsərrüfatı məhsulları ixrac edir.

İkitərəfli ticarətin gələcək perspektivləri barədə danışarkən, səfir deyib: "Biz ümid edirik ki, iqtisadi əməkdaşlığın səviyyəsini siyasi münasibətlər səviyyəsinə qaldıracağıq. Bunun üçün daha çox potensialımız var və indi biz bu potensialı istifadə etməyə istiqamətlənmişik".

Onun sözlərinə görə, hər iki ölkə enerji, kənd təsərrüfatı və üst yerdə olan turizm kimi  müxtəlif sahələrdə əməkdaşlıq edə bilər:

"Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkədir. Azərbaycanda investorlar üçün hüquqi baza və digər bütün zəruri imkanlar mövcuddur”.

R.İsmayılov Azərbaycan və Qətər arasında investisiyaların təşviqi, turizm, təhsil, informasiya, kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət sahəsində 32 sazişin imzalandığını xatırladıb:

"Əslində, bizim müxtəlif sahələrdə əlaqələrimizi dərinləşdirmək üçün böyük hüquqi bazamız var. Həmçinin, üzərində işlədiyimiz bəzi layihələr var".

Səfir deyib ki, Azərbaycan və Qətər 2004-cü ildə turizm sahəsində anlaşma memorandumu imzalayıblar. Hər iki ölkə bir-birinə viza rejimini sadələşdirib. Doha ilə Bakı arasında “Qatar Airways” tərəfindən həftədə birbaşa 14 uçuş həyata keçirilir.

Onun sözlərinə görə, bütün bu amillər iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişafını təşviq edir:

"Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə və möhtəşəm bir təbiət malik ölkə kimi əcnəbilərin, o cümlədən Qətərdən olan turistləri cəlb edir. 2016-cı ildə Azərbaycana gələn qətərli turist sayı 5,5 dəfə artıb. 2017-ci ildə onların sayı 7 minə çatıb, 2018-ci ildə də Qətərdən olan turistlərin sayında böyük artım olub”.

P.Sultanova

 

 

 

Paylaş:
584

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər