Meksika və Azərbaycan mədəniyyət və ədəbiyyat sahələrində əməkdaşlığı genişləndirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika və Azərbaycan mədəniyyət və ədəbiyyat sahələrində əməkdaşlığı genişləndirir

13:16 - 20 / 02 / 2019
Meksika və Azərbaycan mədəniyyət və ədəbiyyat sahələrində əməkdaşlığı genişləndirir

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud ilə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, görüş zamanı xalqların yaxınlaşmasına töhfə vermək üçün hər iki ölkənin ədəbiyyatının təşviq olunmasının vacibliyi vurğulanıb.

Mərkəzin sədri meksikalı yazıçı Xuan Rulfonun “Pedro Paramo” əsərinin Azərbaycan dilinə tərcüməsinin uğurundan bəhs edib. Yerli oxucularda Latın Amerikası, ələlxüsus da Meksika ədəbiyyatının oyatdığı maraqdan danışıb. Əlavə edib ki, hazırda Mərkəz meksikalı müəlliflərin bır sıra əsərlərinin tərcüməsi üzərində işləyir.

Səfir Labardini ölkəsinin milli və dünya ədəbiyyatının təşviqinə yönəlmiş müxtəlif qurumları haqqında məlumatı təqdim edib. Eyni zamanda, qeyd edib ki, bu sahədə ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi hər iki xalqın daha çox yaxınlaşması və tanış olmasına kömək göstərəcək.

Meksikalı diplomat Quadalaxara Beynəlxalq Kitab Yarmarkası haqqında söz açıb. Vurğulayıb ki, Meksikada hər il keçirilən bu tədbir öz növündə ispan dilli dünyanın ən əhəmiyyətlisi və dünyanın ən iri kitab yarmarkalarından ikincisidir. Yarmarkanın məqsədi kitab mütəxəssisləri və oxucuları bir araya toplamaqdır. Bu xüsusda, səfir Labardini qeyd edib ki, hər iki ölkənin təşkil etdiyi tədbirlərdə iştirakı nəzərdən keçirmək mümkündür.

P.Sultanova

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər