Fuad Abbasov “azərbaycanlını” cəzalandırmaq üçün ermənini axtaran çeçenlər barədə – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fuad Abbasov “azərbaycanlını” cəzalandırmaq üçün ermənini axtaran çeçenlər barədə – FOTO

12:44 - 20 / 02 / 2019
Fuad Abbasov “azərbaycanlını” cəzalandırmaq üçün ermənini axtaran çeçenlər barədə – FOTO

Rusiyada yaşayan jurnalist Fuad Abbasov yaxın günlərdə azərbaycanlılarla çeçenlər arasında baş verən davaya aydınlıq gətirib.

Fuad Abbasov video kanalında münaqişənin birinci günü sosial şəbəkələrdə davada əli olan “azərbaycanlının” yayılmış fotolarından danışıb. Lakin sonra məlum olub ki, özünü azərbaycanlı kimi təqdim edən, əslində isə Ermənistan vətəndaşı Qarik Aramoviç Vardanyandır.

Sübut kimi jurnalist həmin “azərbaycanlının” pasportunun şəklini göstərib.

Fuad Abbasovun təqdim etdiyi erməninin pasportunun fotosu

 hadisəyə səbəb olan “azərbaycanlının” fotosu.

“Araşdırma zamanı məlum olub ki, həmin erməni çeçenin arvadını təhqir edərək özünü azərbaycanlı kimi təqdim edib. Daha sonra çeçen azərbaycanlı ilə danışdığını zənn edərək onu və bütün azərbaycanlıları təhqir edib” – jurnalist deyib.

Həmçinin F.Abbasov qeyd edib ki, azərbaycanlıların ünvanına söylənən təhqirləri də elə həmin erməni yayıb. Jurnalist hüquq-mühafizə orqanlarını məsələni araşdırmasını istəyir.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
869

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər