Balaca Anjela ən yaxın reyslə müalicə üçün İstanbula göndərilir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Balaca Anjela ən yaxın reyslə müalicə üçün İstanbula göndərilir – FOTO – VİDEO

12:19 - 21 / 02 / 2019
Balaca Anjela ən yaxın reyslə müalicə üçün İstanbula göndərilir – FOTO – VİDEO

Uşaqların və əsəbi zəif olanların şəkil və videoya baxması məsləhət deyil. Kadrların ürəkparçalayan olmasına baxmayaraq, vəziyyətin nə dərəcədə çətin olduğunu vurğulamaq üçün videonu dərc edirik.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərovun dərhal müdaxiləsi hesabına ciddi yanıq xəsarətləri almış balaca Anjela müalicə almaq üçün İstanbula göndəriləcək.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Uşaqların parlaq gələcəyi” Fondunun təsisçisi və rəhbəri Nərgiz-Babayeva-Kərimova Facebook səhifəsində yazıb:

“Məsələ həll olundu! Anar Ələkbərova dərin təşəkkürlər. Problemi bilən kimi kömək əlini uzatdı. ASAN Xidmətdə sənədlər hazırlanacaq. Və ən birinci reyslə körpə qızcığaz İstanbula göndəriləcək”.

Qeyd edək ki, daha əvvəl Nərgiz-Babayeva-Kərimova balaca Anjelanın xəstəxanadan fotolarını yaymışdı. Şəkilərdən də aydın görünür ki, uşağın üzündə çürümə prosesi gedir:

Fotoda: “Uşaqların parlaq gələcəyi” Fondunun təsisçisi və rəhbəri Nərgiz-Babayeva-Kərimova

 

“Yaralar irinləyir. Əlimizdən gələni edirik, amma ... uşağı xilas edə bilmirik! İki gündür ki, uşağın atasını axtarırıq ki, Anjelanın ölkədən çıxışına icazə versin. Onu tapa bilmirik. Əgər belə çətin halda uşağın atası tapılmazsa, körpə ölməlidir? Nə edək?”

Yanğından əziyyət çəkmiş balaca Anjelanın bizlərin köməyinə ehtiyacı var – FOTO – VİDEO

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
1599

Son xəbərlər

Bütün xəbərlər