Forbes-in siyahısına düşmüş Zarangiz Hüseynova: Enerjini alan insanlardan uzaq durmalı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Forbes-in siyahısına düşmüş Zarangiz Hüseynova: Enerjini alan insanlardan uzaq durmalı – FOTO – VİDEO

S.Xankişiyeva14:52 - 22 / 02 / 2019
Forbes-in siyahısına düşmüş Zarangiz Hüseynova: Enerjini alan insanlardan uzaq durmalı – FOTO – VİDEO

Son günlərin ən çox müzakirə olunan mövzusu gənc azərbaycanlı sahibkar Zarangiz Hüseynovanın Forbes jurnalının “30 Under 30” siyahısına düşməsi oldu. Bu siyahıya dünya üzrə 30 yaşa qədər fərqlənən liderlər salınır.

Görünüşcə incə, lakin mənəvi cəhətdən güclü olan 26 yaşlı qızın çiyinlərində iki uğurlu biznes dayanır.

Birincisi – toy və ziyafət geyimləri butikləri ALZA və Milana Gelinlikdir. Bu işə Zarangiz əlində cəmi 200 dollar pulla başlayıb.

İkinci biznesi isə – qadınlar üçün maarifləndirici və ictimai platforma WoWoman-dır.

2018-ci ilin oktyabrında Facebook bu platformanı inkişafa təsir edən dünyanın 100 aparıcı platforması kimi siyahıya salır. Zarangiz ölkənin inkişafını təhsil səviyyəsinin yüksəkliyində görür. Buna görə də dörd illik fəaliyyəti müddətində WoWoman-də 7000 qadın 250-dən çox treninq, sahibkarlıq, dizayn, sağlamlıq, səyahət, idman və psixologiya kursu keçib. O, Azərbaycan cəmiyyətinin gələcəyinə əhəmiyyətli töhfələr verir.

WoWoman Community haqqında daha ətraflı məlumat əldə etmək və müraciət üçün buradan daxil ola bilərsiniz: https://wowoman.org/community/ru

Zarangiz Hüseynova 1news.az-a müsahibə verərək, necə geniş auditoriyanın nüfuzunu qazandığından, insanlara verdiyi faydalardan, eləcə də Azərbaycandakı stereotiplərdən bəhs edib:

- İlk olaraq ən vacibdən başlayaq. Forbes-in ən gənc uğur qazanmış sahibkarları siyahısına necə düşdünüz?

- Düşünürəm ki, onlar One Young World sammitində çıxışım zamanı mənə nəzər yetirdilər. Sammitdə 193 ölkədən 1800 gənc lider çıxış edirdi. Bunların arasında Naomi Kempbel, Twitter-in yaradıcısı, İrlandiyanın sabiq prezidenti, Nobel mükafatçıları da vardı. Bu konfransda çıxış edən ilk azərbaycanlıyam. Ola bilsin ki, mənə bu konfransda Forbes-in əməkdaşları diqqət yetirib.

Elekton ünvanıma dünyanın 30 yaşa qədər ən parlaq liderlərinin kateqoriyasına namizədliyimlə bağlı məktib gəldi. Və ikinci mərhələyə keçməyimlə bağlı sorğu vərəqini doldurmağımı xahiş etdilər. Bu, həm gözlənilməz, həm də sevindirici idi. Bu sahədə peşəkar münsiflər tərəfindən qiymətləndirilən anketi doldurdum. İki aydan sonra səsvermənin nəticələrinə əsasən təbrik məktubu aldım.

- Uğurlarınız barədə bütün xəbər portalları yazdı. Lakin bu cür sevindirci xəbər mənfi fikirlərsiz ötüşmədi. Bütün qaranlıq məqamlara nöqtə vurmaq üçün uğur tarixçənizi bizimlə bölüşün.

- İndi bu cür fikirlərə tamamilə diqqət yetirmirəm. Çünki çox insan bilir ki, mən hansı çətinliklərdən keçmişəm. ALZA-nı açdığım ilk vaxtlarda bunu imkanlı valideynlərim hesabına etməyimlə bağlı sözlər eşitdikdə çox pis olurdum.

Təəssüflər olsun ki, Azərbaycanda çoxları nikbindir və öz zəhmətləri ilə məqsədlərinə nail olmağa inanmırlar. Beləcə onlar öz uğurlarının qapısını bağlayırlar. Layihəmizdə qadınlara məhz bunu – özü güclərinə inanmalarını və irəliləmələrini öyrədirik. Bunun bariz nümunəsi mənəm.

Uğurumun kökündə bir sıra məqamlar dayanır. Bu gün biznesin təşkilində əlaqələrin rolu böyükdür. Söhbət qohumluq əlaqələrindən getmir, ünsiyyət zamanı yaranan əlaqələrdən gedir. İnanıram ki, bugünkü ünsiyyət əhatən gələcəkdə kim olacağımızı təyin edir. Buna görə də enerjini alan neqativ insanlardan uzaq olmalı, ruh yüksəkliyi verən, yeni bir şeylər öyrədən insanlarla daha çox ünsiyyətdə olmaq lazımdır.

Həmçinin kömək istəməkdən də utanmaq lazım deyil. Əgər açıqfikirli insansa o zaman sənə kömək əlini uzadan insanları da cəlb edəcəksən. Hər bi insan kimi həyatda mənə imtina edənlərlə də qarşılaşmışam. Lakin mehribanlıqla yanaşdığım və eyni cavab aldığım insanlar da çox olub. Bu, kainatın qanunudur.

Və əlbəttə ki, özünə inanaraq fəaliyyətə başlamaq lazımdır. Maarifləndirmə çərçivəsində beş həftəlik təlim proqramımız da var. Burada qadınlar öz layihələrini qurur və gözlərində fərəh hissi ilə bəyan edirlər: “Düşünürdük ki, ideyalarımızın həyata keçməsinə ömrümüz gedəcək, yekumda isə cəmi beş həftəyə alındı”.

Bu proqramları sahibkarlıq dərəcəsi almaq üçün Stenford və Massacusets universitetlərində əldə etdiyim biliklər hesabına tərtib etmişəm. Yeri gəlmişkən, reytinqli dünya universitetlərinə daxil olmaq üçün çoxlu pul lazım deyil, dərəcə almaq imkanı da var. Əlbəttə, rəqabət yüksəkdir. Lakin ölkəndə əldə etdiyin uğurlardan və gələcəkdə nail olmaq istədiklərinlə bağlı danışa bilsən bu, olduqca real imkandır.

Ötən ilin dekabrında Honkonqda 2000 qadına bu proqramın tətbiqi üzrə treninq keçdim. Yaxın günlərdə Yaponiyadan bu proqramla bağlı müraciət aldım. Və orada həmin treninqin keçirilməsi təklifi gəldi.

İnanın, dünyada və Azərbaycanda imkanlar çoxdur. Sadəcə məsələ burasındadır ki, sən bunu görməyə və bu imkanlardan istifadə etməyə hazırsan, ya yox?!

- One Young World sammitində çıxışınız zamanı Məryəm adlı qızın sizin WoWoman platformanız hesabına həyatını tamamilə dəyişməyinizlə bağlı inanılmaz hekayəsini bölüşdünüz. Ola bilsin ki, bu cür ilhamverici hekayələriniz çoxdur.

- Bəli, bu cür həyat hekayələri çoxdur. Məryəm yeddi il ailəli olub. Evli oluğu zaman zorakılıqlara məruz qalıb. Treninq və vebinarlarımızdan keçməklə ağır boşanmadan sonra yeni həyat qura bildi. O, ağır həyat yolu ilə bağlı ürəkparçalayan məktublar yazırdı. Hazırda daha xoşbəxt olduğunu, həyatını yoluna qoyduğunu bildirir.

Bu, sadəcə bir həyat hekayəsidir. Platformamız yarandığı gündən qadınların xoşbəxt dəyişimin şahidi olub. Bəziləri beynəlxalq şirkətlərdə işləmək üçün xaricə gedib, bəziləri isə katibə vəzifəsində olan zaman treniqlərimizdən ilhamlanaraq və özünə inanaraq menecer vəzifəsinə yüksəlib. Bəziləri biznes açıb, bəziləri arzuladığı işlə məşğul olmağa başlayıb.

- Anladığım qədərilə treninqlər həm canlı, həm də onlayn aparılır.

- Regionlarda yaşayan, hər dəfə treninqə gəlmək imkanı olmayan qadınlar üçün motivasiyaedici videolar var. Əlbəttə ki, daxilən dəyişməyə həvəs olmalıdır və bu zaman platformamız təkanverici olur.

Lakin canlı görüşlər daha çox təsir göstərə bilər. NMmunə üçün, yaxın günlərdə bizdə Elnarə Nəhmədova, Syama Əliyeva və Sərxan Həşimov çıxış ediblər. Treninqə gəlmiş xanımlar böyük həvəslə və özləri ilə yeni tanışlıq əlaqələri də apardılar. Başlıca məqsədimiz – iştirakçılara şəxsi inkişafları üçün məkan və alət verməkdir.

- Belə bir fikir var ki, özünütəmin etmiş xanımlar adətən tənha olur. Birincisi onların şəxsi həyatlarını qurmağa vaxtları olmur, ikinisi isə bu tip qadınlardan kişilər qorxur. Sizin cəmiyyətdən bir çox qadınlar keçib. Bu fikri təsdiq və ya təkzib edə bilərsiniz?

- Əlbəttə ki, bu stereotip fərdidir. Özünütəmin etmiş kişi, özünütəmin etmiş qadından qorxmur. Onları həmin qadınları sevir, hörmət edərək dəstəkləyəcək. Bir çox qadınlar var ki, onlara kişi lazım deyil, çünki onlara belə də xoşdur. Bəzən isə elə qadınlar var ki, ailə qurmaq istəyir, lakin bir sıra səbəblərə görə onlarda alınmır. Həmçinin ailəli olaraq uğur qazanmış qadınlar da var. Ən əsası sənin ürəyincə olan işə fikrini cəmləşdirməkdir.

Mənimçün ən vacib həyat yoldaşımdır – o mənim başlıca dəstəyimdir. Mən gün boyu işgüzar qadın olaraq müsahibə verə bilərəm, tərəfdaşlar taparaq müqavilələr imzalaya bilərəm, axşam evə gələndə isə sevgiyə və şəfqətə möhtac bir qızcığaza çevrilirəm (gülür). Ola bilsin ki, çətin anlarımda güvəndiyim insanım yanımda olmasaydı, mən bu çətinliklərin öhdəsindən gələ bilməzdim.

Ümumiyyətlə, ailə olmadan mənim üçün qalan heç bir şeyin mənası yoxdur. Karyera və şəxsi həyat bir-birini tamamlayaraq digərinə mane olmur.

- Gəlin gender bərabərliyindən danışaq. Ola bilsin ki, siz də razılaşarsınız ki, hətta məişət səviyyəsində olsa belə, kişilərin Azərbaycan cəmiyyətində daha çox üstünlükləri var.

- Ölkəmiz selektiv abort üzrə dünyada üçüncü sıradadır. Bu da cinsi tərbiyənin yoxluğundan irəli gəlir. İnsan çox oxuduğu zaman onun dünya görüşü də artır və o, stereotiplərdən qurtulur. Buna görə də WoWoman-də daha çox maariflənmə sahəsinə diqqət ayırırıq. Ölkəmizin gələcəyinə böyük töhfələr veririk, axı işitakçılarımız – ya hazırda anadır, ya da gələcəyin anasıdır.

Sahibkarlığa 18 yaşımdan başlamışam. İstəyirdim ki, maddi cəhətdən heç kimdən asılı olmayım. Hesab edirəm ki, maddi cəhətdən heç kimdən asılı olmayanda azad insansan. Əgər ALZA mağazası olmasaydı WoWoman layihəsini də gerçəkləşdirə bilməzdim.

- Sizə ilham verən qadın var?

- Uşaqlıqdan bir çox insanların pərəstişkarı olmuşam. Bunlardan Opra Uinfri, Emma Uotson, Mişel Obama olub. Lakin daha çox məni adi insanlar ilhamlandırır.

Məni daha çox anam ilhamlandırır. O, çox mübarizəkar qadındır. Təslim olmamağı məhz ondan öyrənmişəm. Anam hüquqşünasdır. O, həmişə mənə və bacım deyib ki, siz özünüz üçün oxuyursunuz. Lakin bununla yanaşı bizi hər zaman dəstəkləyib. Buna görə də ona çox minnətdaram.

WoWoman platforması vasitəsilə qadınları uğur qazanmış həmyerlilərimizlə tanış edirik. Opra Uinfrini nümunə gətirdikdə, ola bilsin ki, gənc qadın bunu anlamasın. Əgər ona hansısa azərbaycanlı qadının və ya sinif yoldaşını nümunə göstərdikdə, onun uğur yolundan danışdıqda bu, motivasiyaya səbəb olur.

- Sonda gələcək planlarınızdan bəhs edərdiniz.

- WoWoman fəaliyyətə başlamasından dörd il sonra yeni layihə – W.Space işləyib hazırladıq.

Burada görüşmək, istirahət etmək, çay və ya kofe içmək imkanı olacaq. Həmçinin burada gözəllik, yoqa, uşaqlar üçün treninq otaqları, psixoloq kabinetləri də fəaliyyət göstərəcək. Açılışı “AF mall”-da apreldə etməyi planlaşdırırıq. Hər kəsi burada görməyə şad olarıq!

- Maraqlı müsahibəyə görə təşəkkür edirik!

Tərcümə: S.Xankişiyeva

Paylaş:
3226

Sizin üçün xəbərlər

Son xəbərlər

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb03 / 10 / 2024, 17:50Sergey Narışkin Bakıda səfərdədir03 / 10 / 2024, 17:44PAŞA Holding-in sponsorluğu ilə növbəti Bakı Beynəlxalq Piano Festivalı keçirilib - FOTO03 / 10 / 2024, 17:40Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib - FOTO03 / 10 / 2024, 17:36Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib03 / 10 / 2024, 17:10Ayxan Hacızadədən Litvanın xarici işlər nazirinə CAVAB03 / 10 / 2024, 17:01Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb03 / 10 / 2024, 16:58Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir03 / 10 / 2024, 16:48İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB03 / 10 / 2024, 16:40Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilib03 / 10 / 2024, 16:35Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib03 / 10 / 2024, 16:21Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var - XƏBƏRDARLIQ03 / 10 / 2024, 16:11Buraxılış imtahanında yeni model tətbiq ediləcək03 / 10 / 2024, 15:59Bakı metrosunda qatar yoluna düşən kişi ölüb03 / 10 / 2024, 15:47Azərbaycanda səfərdə olan Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEO03 / 10 / 2024, 15:35Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlləri qoyulub03 / 10 / 2024, 15:11Bakıda 5 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaq03 / 10 / 2024, 15:00Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib03 / 10 / 2024, 14:57İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin03 / 10 / 2024, 14:44Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməli qoyulub03 / 10 / 2024, 14:41
Bütün xəbərlər