ADA-da işğal edilmiş ərazilərdə ermənilərin qanunsuz fəaliyyətinə dair tədbir keçirilib | 1news.az | Xəbərlər
Siyasət

ADA-da işğal edilmiş ərazilərdə ermənilərin qanunsuz fəaliyyətinə dair tədbir keçirilib

17:03 - 25 / 02 / 2019
ADA-da işğal edilmiş ərazilərdə ermənilərin qanunsuz fəaliyyətinə dair tədbir keçirilib

ADA Universitetinin kitabxanasında “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar” adlı hesabatın təqdimat mərasimi keçirilib.

1news.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri,  diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimat Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və “AzərKosmos” ASC-nin sədri Rəşad Nəbiyev tərəfindən edilib.

ADA Universitetinin rektoru Hafiz Paşayev giriş sözündə tədbirin əhəmiyyətini qeyd edib.

Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri H.Hacıyev bildirib ki,  Azərbaycan öz peyki vasitəsilə bu gün təqdim edilən bu faktları toplayıb və yayıb. O, qeyd edilən faktlar barədə ətraflı məlumat verib.

“AzərKosmos” ASC-nin sədri R.Nəbiyev isə deyib ki, işğal edilmiş ərazilər Azərbaycana məxsus tarixi abidələr, binalar barbarcasına dağıdılıb. Son bir neçə ildə Dağlıq Qarabağda məhv edimiş meşələr Azərbaycanın ümumu olaraq meşələrinin beş faizini təşkil edir. Laçında yeni qəsəbə qurulub, infrastruktur salınıb.

O deyib ki, təkcə Şuşada üç məscidin dağıdılmasını əks etdirən görüntüləri var. Bundan başqa qanunsuz şəkildə kənd təsərrüfatı fəaliyyətləri aparılır.

Daha sonra tədbirdə suallar cavablandırılıb.

P.Sultanova

Paylaş:
501

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər