Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin son qərarları böyük sosial islahatlar paketinin tərkib hissəsidir | 1news.az | Xəbərlər
Siyasət

Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin son qərarları böyük sosial islahatlar paketinin tərkib hissəsidir

14:39 - 26 / 02 / 2019
Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin son qərarları böyük sosial islahatlar paketinin tərkib hissəsidir

Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişafına xidmət edən sərəncamları, fərman və qərarları reallaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva AZƏRTAC-a açıqlamasında deyib.

Sədaqət Vəliyeva bildirib ki, 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqının 38 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, həmçinin minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etmiş olur.

Deputat əlavə edib ki, Prezident İlham Əliyev sosial tədbirlərin davam etdirilməsi üçün müvafiq addımların atılması istiqamətində tapşırıqlar da verib: “Məsələn, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu problemlə də əlaqədar dövlətimizin başçısı xüsusi həssaslıq nümayiş etdirib və məsələnin vətəndaşların xeyrinə həll edilməsi üçün müvafiq göstərişlər verib. Əminəm ki, bu problem də qısa zaman ərzində həllini tapacaq”.

“Prezident İlham Əliyev tərəfindən atılan addımlar, görülən işlər bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən sosial siyasət sistemli, düşünülmüş kompleks tədbirlərdən ibarətdir”, - deyə Sədaqət Vəliyeva vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
632

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər