Erkan Özoral: Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır | 1news.az | Xəbərlər
Siyasət

Erkan Özoral: Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır

11:17 - 26 / 02 / 2019
Erkan Özoral: Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır

27 il öncə baş verən Xocalı faciəsini anmaq üçün bura gəlmişik. Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır:

"Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın, kimlərsə buna cəsarət etməsin. Azərbaycanın işğal altında olan torpaqları azad edilmədikcə, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmadıqca, biz də rahat olmayacağıq".

Diplomat vurğulayıb ki, Türkiyənin əksər şəhərlərində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilir.

S.Xankişiyeva

 

Paylaş:
462

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər