Elçin Mirzəbəyli: Cəmiyyətə Əli Kərimli kimi tamamilə "yıpranmış" siyasətçi lazım deyil

Əli Kərimli uzun müddətdir ki, məhz ictimaiyyətin mövqeyi nəticəsində Azərbaycan siyasətindən təcrid olunmuş vəziyyətədir.
Bunu 1news.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Kərimli və onun dəstəsinin şüurunda hələ də 89-cu ildən başlayan proseslər olduğu kimi qalıb:
“Yəni elə hesab edirlər ki, həmin dövrdə Azərbaycanda milli azadlıq hərəkatının baş verdiyi proseslər - hansı ki, xalq Azərbaycanın ərazi bütövlüyü, daha sonra istiqlalına görə mücadiləyə qalxmışdı, Əli Kərimli və digərləri kimi təsadüfi adamlar həmin dövrdə hansısa şübhəli qurumların, o cümlədən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xətti ilə gəlib bu proseslərin önünə çıxmışdılar, indi də eyni hadisələr eyni məcrada baş verə bilər. Amma unudurlar ki, Azərbaycan müstəqil, güclü dövlətdir, ölkədə siyasi institutlar formalaşıb və təkminləşdirilir Azərbaycan insanının şüuru da, dünya görüşü də dəyişib”.
E.Mirzəbəyli əlavə edib ki, müstəqil Azərbaycanın artıq müstəqil vətəndaşları var və onlar dünyada, ölkədə baş verən prosesləri kifayət qədər təhlil edib, nəticə çıxarmağı bacarırlar.
“Bu adamlar yenə də kütləni görən kimi ekstaza gəlirlər. Bu, əslində psixoloji bir xəstəlikdir. Ekstaz vəziyyətində də yenidən kütləyə xitab edərək insanların onların arxalarınca gələcəklərini düşünürlər, amma hər dəfə də çox biabırçı bir vəziyyətdə, insanların ağır ittihamları nəticəsində həmin ərazidən uzaqlaşdırılırlar. Əslində, məsələnin mahiyyəti bundan ibarətdir. Çünki onlar dəfələrlə ayrı-ayrı ərazilərdə, o cümlədən “Məhsul” stadionunda kütləni toparlamağa cəhd göstəriblər və hər dəfə də qarşılarına çox azsaylı insanlar çıxıb. Azərbaycanın mili məsələləri ilə bağlı olan günlərdə, o cümlədən matəm, ümumxalq hüzn günlərində, insanların məhz Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəxslərin xatirəsini yad etməyə gəldikləri, Xocalı soyqırımı ilə bağlı Prezidenti ilə birgə dünyaya həmrəylik nümayiş etdirdikləri zaman, bu insanlar eyni şüur, təfəkkürlə hesab edirlər ki, burada müəyyən fikirlər səsləndirib, cəmiyyəti öz absurd fikirlərinə inandıra bilərlər. Bundan başqa, digər bir yanaşma təbii ki, qarşılarına qoyduqları təxribat məsələsidir. Elə Azərbaycan üçün önəmli olan günlərdə insanlar arasında kütləvi qarşıdurmaya, iğtişaşlara səy göstərirlər. Düşünürlər ki, ola bilsin onları buna təhrik edən qüvvələr də bu prosesdə aktiv şəkildə iştirak edə bilərlər. Amma unudurlar ki, Azərbaycanda təhlükəsizlik qüvvələri kifayət qədər yüksək peşəkarlıqla çalışır və hər hansı formada bu, proseslərə başqalarının müdaxilə etmək imkanları məhdud səviyyədədir”, -deyə E.Mirzəbəyli əlavə edib.
Onun sözlərinə görə, üçüncü amil, şübhəsiz ki, bu düşərgədə olan mənəvi deqaradasiya prosesinin nə qədər surətlə getməsi ilə bağlıdır:
“Yəni, o insanlar ki, vaxtilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ideoloji prinsiplər irəli sürüb, fikirlər səsləndirirdilər, bu adamlar bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların xatirəsinin anılması üçün toplaşan kütlənin arasında qarşılıqlıq yaratmağa çalışırlar. Bu, deqradasiyanın ən son həddidir və sözün doğrusu, heç bir mənəvi ölçü və standarta sığmır.
Zənnimcə, əsas məqamlar da elə bundan ibarətdir və daha öncə də qeyd etdiyim kimi bir daah sübut olunur ki, bu, radikal düşərgədə ideoloji boşluq maksimal həddə çatıb və bu insanların təfəkkür, düşüncə tərzində dövlətçilik anlayışı ümumiyyətlə yoxdir. Onlar Azərbaycan dövlətinin nə olduğunu dərk edə bilmirlər, müstəqil dövlət və onun vətəndaşı olmaq kimi bir şərəfli missiyanı daşıya bilmirlər, bu baxımdan da ayrı- ayrı xarici dirələrin əlində oyuncağa çevrilərək özlərinin koorporativ maraqlarını təmin etməyə cəhd göstəririlər”.
E.Mirzəbəyli Əli Kərimlinin hakimiyyətlə sövdələşməyə getməsinə dair yayılmış məlumatlara da münasibət bildirib:
“Əli Kərimlini tanıyan istənilən şəxs bilir ki, o, özünün maraqlarına, parlamentdə təmsil olunmağa və yaxud da hər hansı bir formada digər marağını təmin etməyə görə istənilən formada danışıqlara, hətta ən ağır şərtlər altında da razılaşmaya gedə bilər. Bu, onun üçün təbii bir məsələdir. Yəni bu adam öz siyasi naturasını bazar, alver predmetinə çevirməyə alışıb. Yaxın tarixə ekskursiya etsək, biz Əli Kərimlinin AXC-nin hələ vahid bir təşkilat olduğu r zamanda da bu proseslərdə iştirak etdiyinin şahidi olmuşuq. Daha sonra Müsavat partiyası ilə birlikdə müqavilə imzalayıb, paramentə getməyəcəyini bəyan etdikdən sonra müəyən danışıqlara gedib, seçkilərdə iştirak etdikdən sonra Müsavat partiyası ilə necə düşmən olduğuna və onun digər belə addımlarına şahidlik etmişik. Biz yaxın dövrdə bu prosesləri izləyən adamlarıq. Əli Kərimlinin narturasında nəinki Azərbaycan hakimiyyəti ilə hər hansı bir güzəşt əldə etmək niyyətində olması, hətta Azərbaycandan xaricdə olan istənilən qüvvə ilə, o cümlədən erməni lobbisi ilə əməkdaşlıq etməyə hazır olduğunu hər kəs bilir. Bu adam üçün dəyər və digər anlayış yoxdur. İnsan ümumxalq hüzn günündə konfliktə can atırsa, iğtişaş yaratmağa cəhd göstərirsə, ondan hər şey gözləmək olar. Amma mən düşünürəm ki, nə hakimiyyətə, nə də Azərbaycan cəmiyyətinə Əli Kərimli kimi Anadolu türkləri demiş, başdan-başa yıpranmış bir siyasət adamı lazımdır.
1news.az