Ukrayna Azərbaycana yeni səfir təyin edib

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycana yeni səfir təyin edib.
1news.az bu barədə Ukrayna prezidentinin saytında dərc olunan fərmanda deyilir.
Fərmana əsasən, Vladislav Kanevski Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Daha əvvəl o, Xarici İşlər Nazirliyinin katibliyinin təhlil və planlaşdırma şöbəsinin müdiri, departamentin direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bir müddət əvvəl diplomatik missiyasını başa vurub.
P.Sultanova
493