İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalının prezidentini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalının prezidentini qəbul edib - YENİLƏNİB

12:56 - 28 / 02 / 2019
İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalının prezidentini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-İsturiz və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev səfərin və aparılan müzakirələrin ölkəmizlə bu təsisat arasında əməkdaşlıq və dialoqun inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrana rəhbərlik etdiyi təşkilatın gündəliyində duran məsələlər və həyata keçirilən tədbirlər barədə məlumat verdi. O, səfər çərçivəsində məcburi köçkünlərlə görüşdüklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən sosial təyinatlı işlərin nümunəvi olduğunu bildirdi.

Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar və münaqişənin həlli prosesi barədə danışdı.

Görüşdə, həmçinin Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

1news.az

 

Paylaş:
496

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər