"Hindistanın ən yaxşıları" Bakıda sərgilənəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Hindistanın ən yaxşıları" Bakıda sərgilənəcək

09:42 - 04 / 03 / 2019
"Hindistanın ən yaxşıları" Bakıda sərgilənəcək

7-17 mart, 2019-cu il tarixlərində Bakı İdman Sarayında (Neftçilər prospekti 26a, Bakı, Azərbaycan) Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) və Bakıdakı səfirliyinin dəstəyi ilə  “Hindistanın ən yaxşıları ” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri”nin ikinci  buraxılışı  təşkil edəcək.

1news.az-a Hindistanın Bakıdakı səfirliyindən verilən məlumata görə,  sərgi səhər saat 10.00-dan axşam saat 18.00-a kimi davam edəcək.

Xarici ölkələrdə keçirilmiş sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edib.

“Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbirində elektrik və  elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr və sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil, geyim, zinət əşyaları da daxil olmaqla, yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edəcəkdir.

Bu sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan höküməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.

Biznes və ticarətdən əlavə tədbir həmçinin,  mədəni tədbirlər, yemək və Bollivud festivalı və s. vasitəsilə  “Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışacaqdır. Sərgiyə giriş sərbəstdir.

Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra  sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri mövcuddur.

2017-ci ildə Hindistanın Azərbaycancana ixracının həcmi 37 milyon dolları keçib, Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 463 milyon dollara çatıb. Azərbaycanın təcrübəli kadrlarını və tələbələrini Hindistanın təhsil müəssisələrində bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində Hindistan və Azərbaycan arasında potensialın artırılması istiqamətində də genişlənməkdə olan əməkdaşlıq var.

Phd Ticarət və Sənaye Palatası isə Hindistanın aparıcı Sənaye palatalarından biridir və 1905-ci ildə yaranmasından etibarən ölkə siyasətçilərinə təsiredici rolu ilə Hindistanın inkişaf tarixində fəal iştirakçı olub. 130 minə yaxın  birbaşa və bilavasitə üzvə malik olan PHD Palata sənayenin həqiqi təmsilçisi kimi müxtəlif sahələrə aid sənaye təcrübələri vasitəsilə öz irsini irəli aparır. Ən son beynəlxalq təcrübələrdən və biznes imkanlarından istifadə etmək üçün qlobal səviyyədə Palata Hindistanda yerləşən səfirliklər və Ali komissiyalar ilə birgə əməkdaşlıq edir. Sənayenin inkişafı, səhiyyə, təhsil və potensialın arıtılması, mənzil tikintisi, infrastruktur, kənd təsərrüfatı və kənd təsərrüfatı biznesi və rəqəmsal Hindistan yeddi əsas təkanverici sahələrdir.

P.Sultanova

Paylaş:
1423

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər