Prezident Rasim Balayevə zəng vurdu: “Məndən soruşdu ki...” | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident Rasim Balayevə zəng vurdu: “Məndən soruşdu ki...”

16:27 - 05 / 03 / 2019
Prezident Rasim Balayevə zəng vurdu: “Məndən soruşdu ki...”

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevlə telefonla danışıb.

Bu barədə 1news.az-a Xalq artistinin özü məlumat verib.

“Cənab Prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bidirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki,  görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst -üstə düşür".

Qeyd edək ki, R,Balayev  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün narazılığını bildirmişdi.

1news.az

Paylaş:
411

Son xəbərlər

Bütün xəbərlər