Prezident İlham Əliyev seneqallı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev seneqallı həmkarını təbrik edib

16:13 - 07 / 03 / 2019
Prezident İlham Əliyev seneqallı həmkarını təbrik edib

Prezident İlham Əliyev Seneqalın Prezidenti Maki Salla təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Seneqal Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik".

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Seneqal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

S.Xankişiyeva

 

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər