NATO: Qarabağ münaqişəsi uğurlu hərbi həllə malik ola bilməz | 1news.az | Xəbərlər
Siyasət

NATO: Qarabağ münaqişəsi uğurlu hərbi həllə malik ola bilməz

10:10 - 12 / 03 / 2019
NATO: Qarabağ münaqişəsi uğurlu hərbi həllə malik ola bilməz

Dağlıq Qarabağ münaqişəsi uğurlu hərbi həllə malik ola bilməz.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə İrəvandakı mətbuat konfransında NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

"Bildiyiniz kimi, NATO bu cür münaqişələrin həllində iştirak etmir və etməyəcək, lakin əlbəttə ki, regionda sülh və stabilliyin mövcudluğu birbaşa bizim marağımızdadır və tərəfdaşlarımız, müttəfiqlərimiz üçün bu, çox vacibdir", - Appaturay deyib.

O qeyd edib ki, NATO bu istiqamətdə Ermənistanın yeni hökumətinin səylərindən ruhlanıb:

"Biz Ermənistanın yeni hökumətinin siyasi prosesə və danışıqların davam etməsinə yönəlmiş səylərini təşviq edirik. Əlbəttə ki, təmas xəttində qarşılıqlı olaraq atəkəsin pozulması hallarının azalmasını da alqışlayırıq.

NATO-nun mövqeyi bundan ibarətdir ki, şübhəsiz, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər. Bu münaqişə müvəffəqiyyətli bir hərbi həllə malik ola bilməz və bu mesajı şəxsən mən tərəflərə çatdırmışam”.

P.Sultanova

 

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər