Yeni nəsil sahibkar xanımlar formalaşır – FOTO
“Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsinin II mərhələsi yekunlaşdırılıb. Beləliklə layihənin əhatə etdiyi 4 iqtisadi region (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Qazax) üzrə fəaliyyət tamamlanıb.
1news.az-ın məlumatına görə, əhatə edilən iqtisadi regionlarda ümumilikdə 1114 “Yeni Nəsil” gənc növbəti “Sahibkarlıq bacarıqları”, “İdeya Generasiyası” və “Rəqəmsal Marketinq” təlimlərini yekunlaşdıraraq “New Generation” layihəsinin II mərhələsinə yekun vurub. Qeyd olunan regionlarda baş tutan təlimlərdə xanımların layihəyə böyük marağı nəzərə çarpıb.
Ümumilikdə təlimlərdə iştirak etmiş 1114 gəncin 72 %-ni xanımlar təşkil edir. İqtisadi regionlar arasından Şəki-Zaqatala regionundan olan nəticələr xanımların sahibkarlığa olan təşəbbüsünün böyük olması isə sevindirici hal yaradır. Belə ki, Şəki-Zaqatala iqtisadi regionda gender nisbəti 98%-in 2%-ə təşkil edib. “New Generation University”-nin əhatə etdiyi təlimlərdə iştirak edən xanımların əksəriyyətinin sosial, təhsil, kənd təsərrüfatı və xidmət sahələrinə yönümlü layihələr üstünlük təşkil edib.
Qeyd edək ki, “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır.
Bir il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.
1news.az